Kahı daşıyan yük maşınından 148 kq narkotik çıxdı Foto
Icma.az bildirir, Axar.az portalına istinadən.
Astara Gömrük İdarəsində 58 kiloqram 610 qram həşiş və 89 kiloqram 705 qram marixuana, ümumilikdə 148 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə Axar.az-a DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.
Narkotik vasitə ölkəmizdən tranzit keçməklə İrandan Rusiyaya "kərəviz və kahı" yükü aparan nəqliyyat vasitəsində aşkarlanıb.
Stasionar rentgen qurğusunda baxış zamanı şübhəli cizgilər müşahidə edildiyindən yük avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlaması həyata keçirilib. Nəqliyyat vasitəsindəki 2 paletdə gömrük nəzarətindən gizlədilən, xalis təmiz çəkisi 58 kiloqram 610 qram narkotik vasitə həşiş və 89 kiloqram 705 qram narkotik vasitə-marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 26 Dekabr 2025 09:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















