Icma.az
close
up
RU
PUTİN MİLYARDERLƏRƏ NƏ DEYİB? “ABŞ zəiflik edir, Avropa çürüyür...”

PUTİN MİLYARDERLƏRƏ NƏ DEYİB? “ABŞ zəiflik edir, Avropa çürüyür...”

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Vladimir Putin iri biznes nümayəndələri ilə qapalı görüş keçirib.

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiyanın "Kommersant" nəşri adını çəkmədiyi mənbələrə istinadla məlumat yayıb.

Məlumatda deyilir ki, rusiyalı milyarderlərlə görüşündə Putin əsasən Ukraynadakı müharibəyə son qoymaq üçün ABŞ ilə aparılan danışıqlara diqqət ayırıb. O, danışıqlarda Rusiyanın ələ keçirə bilmədiyi bütün Donbas ərazisinin təhvil verilməsini tələb etdiyni vurğulayıb.

Qəzetin məlumatına görə, Putin Ankoricdə Trampla əldə edilən razılaşmaları xatırladıb və Rusiya tərəfinin hələ də həmin vaxt "özü üçün qəbul etdiyi" güzəştləri etməyə hazır olduğunu bildirib. O həmçinin Kramatorsk-Konstantinovka-Slavyansk ərazisinin, yəni, hələ işğal edə bilmədiyi Donbas torpaqlarının kimə məxsusluğunun müzakirə belə olunmadığını iddia edib. Yəni, guya bu ərazinin Rusiya verilməsindən başqa variant müzakirə edilmir. Bununla yanaşı, Putin qismən ərazi mübadiləsinin aparıla biləcəyini də istisna etməyib.

O həmçinin ABŞ-nin Avropa müttəfiqləri ilə məsləhətləşmələrdən sonra danışıqalrda bəzi məsələlər üzrə mövqeyinin dəyişməsindən şikayətlənib və bunu "zəiflik" adlandırıb.

"The Bell" nəşri isə qeyd edir ki, hər il keçirilən sözügedən görüşdə iştirak edən milyarderlərin siyahısı 2022-ci ildən bəri açıqlanmır. Nəşrin mənbələrindən biri izah edib ki, iştirakçılar "gizli qalmağa" razılaşıblar, çünki onların arasında əvvəllər sanksiyalara məruz qalan, lakin sonradan sanksiyalardan azad edilənlər var. Onlar bir daha sanksiyalarla üzləşmək istəmirlər, ona görə də Putinlə görüşün açıqlanmasına qarşısdırlar. "The Bell"-in mənbəyinə görə, Putin həmişəki kimi, iş adamlarını "hər şeyin yaxşı olacağına" inandırmağa çalışarkən, eyni zamanda "çürüyən Avropa" və “yalnız öz maraqları naminə hərəkət edən praqmatik ABŞ" haqqında danışıb.

Daha əvvəl Kremlə yaxın bir mənbə “Bloomberg”-ə bildirib ki, Moskva Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən elan edilən yenidən işlənmiş 20 maddəlik sülh planında dəyişikliklər etmək niyyətindədir. Agentliyin mənbəyinə görə, bu sənəd Kremlin bir sıra tələblərini həll etmir. Xüsusilə, bunlara NATO-nun daha şərqə doğru irəliləməyəcəyinə dair zəmanətlər, Ukraynanın neytral statusunun möhkəmləndirilməsi və Ukrayna Silahlı Qüvvələrinin qoşun sayına daha sərt məhdudiyyətlər daxildir. Moskva həmçinin rus dilinin statusuna dair zəmanətlərdə, sanksiyaların və xaricdə dondurulmuş Rusiya aktivlərinin taleyinin aydınlaşdırılmasında israr edir.

Ərazi məsələsi isə hələ də həll olunmamış qalır. Ukrayna Rusiya qoşunlarının Dnepropetrovsk, Nikolayev, Sumı və Xarkov vilayətlərindən çıxarılmasını, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində isə mövcud nəzarət xəttinin müəyyən edilməsini təklif edir. Moskva öz növbəsində Ukrayna Silahlı Qüvvələrinin Donetsk vilayətindən tamamilə çıxarılmasını tələb edir. Vaşinqton azad iqtisadi zona şəklində kompromis təklif edir, lakin onun həyata keçirilməsi yalnız ümumxalq referendumu yolu ilə mümkündür. Putin isə son olaraq, Donbası zorla ələ keçirmək niyyətində olduğunu açıqlayıb və onu Rusiyanın "tarixi torpaqları" adlandırıb. Bu isə yaxın perspektivdə Ukraynada sülhə nail olunacağı ehtimalını xeyli azaldır, hətta onu sıfra yaxınlaşdırır.

C.Məmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:292
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Dekabr 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri