Icma.az
close
up
RU
Kahramanmaraşda Azərbaycan məhəlləsinin istifadəyə verilməsi birliyimizin, dostluğumuzun təzahürüdür

Kahramanmaraşda Azərbaycan məhəlləsinin istifadəyə verilməsi birliyimizin, dostluğumuzun təzahürüdür

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


“Azərbaycan və Türkiyə bir daha dünyaya dostluq, qardaşlıq nümunəsi göstərdi, iki dövlətin hər zaman birlikdə olduğunu, bundan sonra da yola eyni şəkildə davam edəcəyini nümayiş etdirdi”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov ötən gün Türkiyənin Kahramanmaraş şəhərində Azərbaycan məhəlləsinin açılış mərasimi ilə bağlı fikirlərini bildirərkən səsləndirib. Millət vəkili deyib ki, Kahramanmaraşda Azərbaycan məhəlləsinin istifadəyə verilməsi həm də qardaş ölkədə baş vermiş dağıdıcı zəlzələdən zərər çəkmiş insanlara ölkəmizin dəstəyinin davamlı xarakter daşıdığının göstəricisidir:
“Məlum olduğu kimi 2023-cü ilin fevral ayında Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən dərhal sonra qardaş ölkəyə ilk dəstək verən məhz Azərbaycan oldu. Təbii fəlakətin aradan qaldırılması məqsədilə təkcə Azərbaycan dövləti, onun müvafiq qurumları deyil, eyni zamanda sadə vətəndaşlar səviyyəsində də zəlzələ qurbanlarına dəstək göstərildi. Təbii fəlakət günlərində bütün Azərbaycan qardaş yardımına yetişmək üçün səfərbər oldu. Dünənki mərasimdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dediyi kimi təbii fəlakət zamanı Azərbaycan heyətləri tərəfindən 53 insan dağıntılar altından sağ çıxarıldı: “Bizim qurduğumuz iki səhra hospitalında 3200 insana Azərbaycan həkimləri tibbi yardım göstərdi. Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub və bu gün “Azərbaycan” məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür”.
Millət vəkilinin sözlərinə görə, həmin günlər göstərdiyimiz qardaş yardımı, dəstəyi bir daha dünyaya nümayiş etdirdi ki, Ulu Öndər Heydər Əliyevin dediyi kimi biz bir millət iki dövlətik”.
İlham Məmmədov qeyd edib ki, təbii fəlakətdən keçən iki il ərzində Kahramanmaraşda, ümumi sahəsi 27,6 hektar olan yeni yaşayış massivində Azərbaycanın dəstəyilə 68 yaşayış binasından əlavə, həmçinin məktəb, uşaq bağçası, mədəniyyət evi inşa olunub:
“Azərbaycanın təbii fəlakət günləri və ondan sonra qardaş Türkiyəyə uzatdığı yardım əli hər bir türk qardaşımız tərəfindən təqdir olunur, təşəkkürlə ifadə edilir. Təsadüfi deyil ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da açılış mərasimi zamanı bunu açıq şəkildə ifadə etdi: "Türkiyənin üzləşdiyi faciədə Azərbaycan xalqının göstərdiyi dəstək heç vaxt unudulmayacaq. Zəlzələdə dağılmış bu məhəllə Azərbaycanın dəstəyi ilə yenidən inşa edilib. İlham Əliyev və Mehriban Əliyevanın dəstəyini həmişə xatırlayacağıq. Kahramanmaraşı hər şeylə təmin olunmuş bir yaşayış sahəsinə çevirmişik”.
Millət vəkili sonda onu da bildirib ki, Azərbaycan-Türkiyə dostluq-qardaşlığı sonsuza qədər davam edəcək və iki ölkə bundan sonra da neçə-neçə uğurlara imza atacaq.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 20 İyun 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see143

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri