Kalibaf: ABŞ ın müdaxiləsi olmadan əməkdaşlığa hazırıq
Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf region ölkələrinin təhlükəsizlik məsələlərini xarici müdaxilə olmadan həll etməli olduqlarını bildirib.
Turkustan.az xəbər verir ki, Əl-Cəzirə üçün qələmə aldığı məqalədə Qalibaf ABŞ və İsrailin hücumları fonunda başlayan müharibəni və İranın region dövlətləri ilə münasibətlərini dəyərləndirib. O, region ölkələrinin ikitərəfli və çoxtərəfli təhlükəsizlik mexanizmləri vasitəsilə öz maraqlarını təmin edə biləcəyini vurğulayıb və “neft təhlükəsizliyi” modelinə son qoyulmasının vacibliyini qeyd edib.
Qalibaf ABŞ-ın İrana qarşı müharibəsini “İsrailin müharibəsi” kimi xarakterizə edərək, Təl-Əvivin “Böyük İsrail” ideyasının regional sabitliyə təhdid yaratdığını iddia edib. O, həmçinin Hörmüz boğazının bağlanmasının bu müharibənin nəticəsi olduğunu və bunun bölgədə gərginliyi daha da artırdığını bildirib.
Onun sözlərinə görə, davam edən qarşıdurma yalnız İrana deyil, ümumilikdə regional təhlükəsizliyə və İslam dünyasının birliyinə qarşı yönəlib. Qalibaf əlavə edib ki, ABŞ-ın bölgədəki hərbi mövcudluğu təhlükəsizliyi təmin etmək əvəzinə, qeyri-sabitliyi dərinləşdirir və bəzi hərbi bazalar İrana qarşı hücumlarda istifadə olunur.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 04 Aprel 2026 18:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















