Icma.az
close
up
RU
Kallas: Avropa Komissiyasının hərbi səlahiyyətlərinin genişləndirilməsi zərurətdir

Kallas: Avropa Komissiyasının hərbi səlahiyyətlərinin genişləndirilməsi zərurətdir

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Avropa İttifaqının xarici siyasət rəhbəri Kaja Kallas Avropa Komissiyasının (AK) hərbi sahədəki səlahiyyətlərinin əhəmiyyətli dərəcədə genişləndirilməsi zərurətini vurğulayıb.

Bizimyol.info xəbər verir ki, o, bu barədə Avropa Parlamentinin Xarici İşlər Komitəsində çıxışı zamanı qeyd edib.

“Biz yaxınlarda Aİ müdafiə nazirlərinin növbəti görüşünü keçirdik. Bu cür görüşlərin daha tez-tez baş tutmasını istəyirəm. Avropa dünyagörüşünü dəyişməlidir. Müdafiə sahəsində milli yanaşmadan Avropa yanaşmasına keçmək lazımdır – digər sahələrdə olduğu kimi. Nazirlər hərbi imkanların yaradılması üzrə koalisiyaların formalaşdırılmasını təklif ediblər və bu koalisiyalara Aİ ölkələrindən biri rəhbərlik edə bilər. Lakin Avropa Komissiyası onların işini koordinasiya etməyə, həmçinin birgə satınalmalar və layihələr həyata keçirməyə kömək edə bilər”, - deyə o bildirib.

Kallasın dediyinə görə, bəzi silah sistemləri o qədər mürəkkəb və bahalıdır ki, ayrı-ayrı ölkələr onları təkbaşına almaqda çətinlik çəkir. Bu səbəbdən o, müəyyən hərbi səlahiyyətlərin milli hökumətlərdən AK-yə verilməsini məqsədəuyğun hesab etdiyini bildirib.

Hazırkı Aİ sənədlərinə əsasən, Avropa Komissiyasının hərbi sahədə rəsmi səlahiyyəti yoxdur — bu, həmişə üzv dövlətlərin müstəsna səlahiyyəti olub. Bununla belə, 2024-cü ilin payızında AK-nın sədri Ursula fon der Lyayen Komissiyada ilk dəfə Müdafiə Komissarı vəzifəsini yaratmaqla hüquqi baza dəyişmədən hərbi səlahiyyətlərin tədricən Brüsselə ötürülməsi prosesini faktiki olaraq başlamış oldu.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 09 Dekabr 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri