Kallas Ukraynanın üzvlüyünə veto qoyulması barədə: Avropa İttifaqının B və C planları var
Icma.az bildirir, Oxu.az portalına istinadən.
"Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı Macarıstanın vetosu aradan qalxmayacağı təqdirdə, Aİ-nin hərəkət planı var".
Oxu.Az "Eurointegration" nəşrinə istinadən xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Lvovda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Aİ-də Ukraynanın üzvlüyünə ikitərəfli məsələlərin mane olmaması ilə bağlı qəti mövqe var.
"Vetonun aradan qalxmayacağı təqdirdə bizim B və C planlarımız var. Amma əsas diqqətimiz A planına yönəlib. Məqsəd bütün üzvlərin dəstəyini almaqdır", - deyə Kallas bildirib.
O əlavə edib ki, Aİ Macarıstanla vetonun qaldırılması istiqamətində dialoq aparır.
"Əgər kompromis əldə olunmasa, Avropa İttifaqı hərəkətə keçməyə hazırdır" - Aİ rəsmisi əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 09 May 2025 21:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















