Icma.az
close
up
RU
Kaluqindən Bakı və İrəvana çağırış: Moskva istədi, üç şəhərin adı çəkildi

Kaluqindən Bakı və İrəvana çağırış: Moskva istədi, üç şəhərin adı çəkildi

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya Xarici İşlər Nazirliyinin Müstəqil Dövlətlər Birliyi (MDB) üzrə 4-cü Departamentinin direktoru Mixail Kaluqin RİA Novosti-yə açıqlamasında deyib: “Rusiyanın Cənubi Qafqazdakı maraqları dəyişməzdir. Əsas qayğımız əməkdaşlıq edə biləcəyimiz, regionun potensialını aça biləcəyimiz və mehriban qonşuluq münasibətlərini gücləndirə biləcəyimiz sabitlik və rifah zonasını qorumaqdır”.

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesinə toxunan rusiyalı diplomat vurğulayıb ki, bu gün Bakı və İrəvan əsasən vasitəçilərsiz, birbaşa dialoq aparırlar. İki respublikanın xarici işlər nazirləri sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair sazişin mətnini paraflayıblar.

“Ermənistan–Azərbaycan münasibətlərinin normallaşdırılmasına Rusiya tərəfinin töhfəsini nəzərə alaraq, yekun sənədin imzalanması üçün tərəfdaşlarımızı öz platformamızda qəbul etməkdən məmnun olarıq”, – deyə Kaluqin qeyd edib.

Mixail Kaluqinin açıqlaması Moskvanın Cənubi Qafqazda siyasi proseslərdən kənarda qalmamaq niyyətini açıq şəkildə nümayiş etdirir. “Sabitlik və rifah zonası” kimi diplomatik ifadələr, əslində Rusiyanın regionda təsir imkanlarını qorumaq istəyinin klassik formasıdır. Lakin reallıq ondan ibarətdir ki, Bakı-İrəvan münasibətlərinin normallaşdırılması prosesi artıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və bu mərhələdə Rusiyanın rolu həlledici deyil.

Hazırda iki ölkə arasında dialoq əsasən birbaşa formatda aparılır və bu, tərəflərin strateji seçimidir. Vasitəçilərdən mümkün qədər uzaq durmaq hər iki ölkənin maraqlarına cavab verir. Xüsusilə Azərbaycan üçün bu prosesdə əsas prioritet suverenlik, qərarların üçüncü tərəflərin təsirindən kənarda qəbul edilməsi və balanslı xarici siyasətin qorunmasıdır. Ermənistan isə uzun illər təhlükəsizlik baxımından Rusiyadan asılı vəziyyətdə qaldıqdan sonra alternativ diplomatik platformalara yönəlməyə çalışır.

Ümumiyyəltə Moskvanın “öz platformasını” təklif etməsi gecikmiş diplomatik təşəbbüsdür.

Sülh sazişi Vaşintonda tərəflərcə paraflanıb. Yəni proses artıq texniki və hüquqi mərhələyə keçib. Bu isə o deməkdir ki, sənədin harada imzalanması o qədərdə mühüm deyil. Vaşinqtonda aparılan danışıqlar, Əbu-Dabidə keçirilən görüşlər, eləcə də Ankara və Tbilisi kimi platformaların aktuallığı sülh sazişinin imzalanma yeri haqda ehtimal versiyaları formalaşdırır. Tərəflər neytral və ya qarşıdurmada maraqlı olmayan mərkəzlərə üstünlük verirlər.

Həm Azərbaycan, həm də Ermənistan üçün münaqişənin formalaşmasında və ya dondurulmasında maraqlı olmuş ölkələrin sülh sazişinin imzalanmasında ev sahibi qismində çıxış etməsi arzuolunan deyil. Moskva uzun müddət münaqişəni təsir aləti kimi istifadə edib və bu reallıq region ölkələri tərəfindən yaxşı xatırlanır.

Nəticə etibarilə, Rusiya sülh prosesində rolunu qorumağa çalışsa da, mövcud geosiyasi şərait və tərəflərin əldə etdiyi diplomatik yetkinlik bu təklifi qəbulolunan etmir. Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması artıq kənar aktorların diktəsi ilə deyil, qarşılıqlı maraqlar və praqmatik hesablamalar əsasında irəliləyir.


Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Dekabr 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see644

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see254

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see241

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see235

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see203

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see201

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see169

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri