Icma.az
close
up
RU
Kamal Abdulla: Dilə kiçik müdaxilələr gələcək təhdidlərə yer aça bilər

Kamal Abdulla: Dilə kiçik müdaxilələr gələcək təhdidlərə yer aça bilər

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində Azərbaycan dili ilə bağlı mövzuya bir daha toxunması olduqca önəmlidir. Sözsüz ki, ölkə başçısının ikinci dəfə dil mövzusuna müraciət etməsi, onun qorunması, inkişafı ilə bağlı söylədiyi fikirlər bir dilçi üçün qiymətli sözlərdir. Ölkə başçısının bu tövsiyəsi ilə Azərbaycan dilinin geniş sürətdə yayılması, dərinləşməsi üçün çox işlər görmək olar".

Bu sözləri Teleqraf-a Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla deyib.

Akademik bildirib ki, bu istiqamətdə artıq konkret işlər görməyin zamanı çatıb: “Azərbaycan dilinin qorunması təkcə onun leksikoloji qatında deyil, bütün sahələrə dair zəruri bir məsələdir. Dilimizi kənar təhdidlərdən, yad ifadələrdən, sözlərdən qorumaqla yanaşı, həm də ədəbiyyatımızın təbliğinə fikir verməliyik”.

Kamal Abdulla hesab edir ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərini intensivliklə yaya bilsək, bunun mexanizmi müəyyənləşdirilsə, bu dilimizin qorunması üçün çox yaxşı stimul yaradar: “Bu gün yazılan bədii əsərlərdə, televiziya verilişlərində, ictimaiyyətə təqdim edilən dillə bağlı materiallarda dilin təmizliyi ön plana çəkilməlidir. Ona nəzarət edən qurumlar da artıq fəaliyyətə başlamalıdır. Ölkə başçısı də son dərəcə vacib olan dil məsələsini bir daha qaldırmaqla çox gözəl nöqtələrə işarə etdi. Bəyan edildi ki, dil olmasa millətin, dövlətin olması mümkün deyil”.

Rektor hazırda Azərbaycan dilinə ciddi müdaxilələrə rast gəlinmədiyini də qeyd edib: “Amma dilə kiçik müdaxilələr gələcəkdı böyük təhdidlərə yol aça bilər. Bununla elə indidən mübarizə aparmaq vacibdir. Sözsüz ki, ölkə başçısının dillə bağlı toxunduğu məqamlar çox gözəl iqtibas və göstərişlər oldu. Bunların da hamısı təkcə dil daşıyıcıları üçün deyil, bu sahənin mütəxəssisləri üçün də vacib olan tövsiyələrdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Yanvar 2026 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri