Icma.az
close
up
RU
Kamala Harris və 2028 ci il prezident seçkiləri: Demokrat Partiyasında yeni mərhələ və qlobal siyasi təsirlər

Kamala Harris və 2028 ci il prezident seçkiləri: Demokrat Partiyasında yeni mərhələ və qlobal siyasi təsirlər

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harrisin 2028-ci il prezident seçkilərində yenidən namizəd ola biləcəyi ilə bağlı yayılan məlumatlar Amerika daxili siyasətində və beynəlxalq siyasi dairələrdə ciddi maraq doğurub. “Axios” portalının yaydığı xəbərə əsasən, Harris son günlər Demokrat Partiyası nümayəndələri tərəfindən yeni prezidentlik kampaniyasının başlanğıcı kimi dəyərləndirilən bir sıra siyasi addımlar atıb. Bu addımlar, xüsusilə Los-Ancelesdə 12 dekabr tarixində etdiyi çıxış, Harrisin siyasi mövqeyində və ritorikasında nəzərəçarpacaq dəyişikliklərin baş verdiyini göstərir”.

Bu barədə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, qeyd olunan çıxışda Kamala Harris əvvəlki prezident seçkiləri zamanı keçmiş prezident Co Baydenin siyasətinə açıq dəstək verən mövqedən uzaqlaşaraq, həm Demokrat, həm də Respublikaçı partiyaları sərt tənqid edib: “Onun “hər iki partiyanın ictimaiyyətin etimadını doğrulda bilmədiyi” barədə səsləndirdiyi fikirlər, ABŞ-da mövcud siyasi sistemə qarşı artan narazılığın Harrisin ritorikasında öz əksini tapdığını nümayiş etdirir.

Kamala Harrisin mövqeyində müşahidə olunan dəyişiklik Demokrat Partiyasının daxilində gedən dərin transformasiya proseslərinin göstəricisi kimi qiymətləndirilə bilər. Son illər ABŞ cəmiyyətində siyasi qütbləşmənin dərinləşməsi, seçicilərin ənənəvi siyasi elitalara etimadının azalması Demokratları yeni siyasi simalar və fərqli yanaşmalar axtarmağa vadar edir. Harris bu baxımdan həm sistemin bir parçası, həm də ondan müəyyən məsafə saxlamağa çalışan siyasətçi obrazı formalaşdırmağa cəhd edir. Onun hər iki partiyanı tənqid edən mövqeyi mərkəzçi və tərəddüd edən seçici qruplarına ünvanlanmış siyasi mesaj kimi dəyərləndirilir. Bu yanaşma, Demokrat Partiyasının 2028-ci il seçkilərində yalnız öz elektoratı ilə deyil, həm də müstəqil seçicilərlə daha geniş dialoq qurmaq niyyətindən xəbər verir”.

Nicat İsmayılov

Politoloq qeyd edib ki, Kamala Harrisin 2028-ci il prezident seçkilərində real şansa malik olub-olmaması bir sıra amillərdən asılıdır: “Kamala Harrisin əsas üstünlükləri sırasında yüksək siyasi tanınmışlıq, vitse-prezidentlik təcrübəsi, beynəlxalq münasibətlər sahəsində iştirak və ABŞ tarixində ilk qadın vitse-prezident kimi formalaşmış simvolik statusu xüsusi qeyd olunmalıdır”.

Politoloqun fikrincə, Harrisin qarşısında ciddi çətinliklər də mövcuddur: “Bayden administrasiyası dövründə sosial-iqtisadi problemlər, inflyasiya, miqrasiya və xarici siyasətdə mübahisəli qərarlar cəmiyyətin müəyyən hissəsində narazılıq yaradıb. Bu narazılığın bir hissəsi avtomatik olaraq həmin administrasiyanın aparıcı simalarından biri olan Harrisin üzərinə də yönəlir. Məhz bu səbəbdən onun hazırkı ritorikası əvvəlki siyasi xəttdən məsafə saxlamaq cəhdi kimi qiymətləndirilir.

Kamala Harrisin aktiv siyasi səhnəyə qayıdışı ABŞ-da seçki mühitini daha da rəqabətli və dinamik edə bilər. Onun hər iki partiyanı tənqid edən mövqeyi siyasi sistemə qarşı artan ictimai narazılığı ifadə etməklə yanaşı, populist ritorikanın yeni forması kimi də çıxış edə bilər. Bu isə seçki kampaniyasında sosial ədalət, iqtisadi bərabərlik, demokratik institutların islahatı kimi mövzuların ön plana çıxmasına səbəb ola bilər.

Harris kampaniyasını uğurla quracağı təqdirdə, Demokrat Partiyası daxilində yeni liderlik modelinin formalaşmasına və partiyanın ideoloji xəttində müəyyən yenilənmələrə yol aça bilər”.

Nicat İsmayılov qeyd edib ki, Kamala Harrisin potensial prezidentliyi beynəlxalq münasibətlər sistemində diqqətlə izlənilən hadisə olar:

“Kamala Harrisin xarici siyasətdə çoxtərəfli əməkdaşlığa, transatlantik əlaqələrin gücləndirilməsinə və beynəlxalq institutların rolunun artırılmasına üstünlük verəcəyi ehtimal olunur. Bu yanaşma, ABŞ-nin müttəfiqləri ilə münasibətlərində daha proqnozlaşdırıla bilən və diplomatik xəttin bərpasına töhfə verə bilər. Eyni zamanda, Rusiya–Ukrayna müharibəsi, Yaxın Şərqdə gərginlik, Çinlə strateji rəqabət kimi qlobal çağırışlar fonunda Harrisin mövqeyi ABŞ-nin qlobal liderlik iddialarının hansı formada davam etdiriləcəyini müəyyənləşdirən əsas amillərdən biri ola bilər.

Kamala Harrisin 2028-ci il prezident seçkiləri ərəfəsində atdığı addımlar ABŞ-da yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Onun ritorikasında müşahidə olunan dəyişikliklər Demokrat Partiyasının daxili axtarışlarını, seçici davranışındakı dəyişiklikləri və ABŞ siyasi sistemində etimad böhranını aydın şəkildə əks etdirir.

Harrisin bu seçkilərdə uğur qazanıb-qazanmayacağı hələlik açıq qalır. Lakin artıq indidən onun adı ABŞ-nin gələcək siyasi gündəliyinin əsas mövzularından birinə çevrilib. Bu prosesin gedişi yalnız Amerika daxili siyasətinə deyil, eyni zamanda qlobal siyasi balanslara da ciddi təsir göstərə biləcək potensiala malikdir”-deyə Nicat İsmayılov bildirib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 25 Dekabr 2025 23:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see291

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see162

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see134

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri