Icma.az
close
up
RU
Kamaləddin Qafarov: “Cəbrayılın azad edilməsi çox mühüm strateji uğur idi”

Kamaləddin Qafarov: “Cəbrayılın azad edilməsi çox mühüm strateji uğur idi”

Icma.az, Milli.az saytına istinadən bildirir.

"Azərbaycanın şanlı dövlətçilik tarixinə 2020-ci ilin 44 günlük Vətən müharibəsi ən parlaq Zəfər səhifəsi kimi yazılıb. Bu savaşda hər bir kəndin, hər bir qəsəbənin azad olunması xalqımıza böyük qürur hissi yaşatdı. Ancaq həmin qələbələr arasında elə gün var ki, həm hərbi, həm də siyasi baxımdan xüsusi simvolik məna daşıyır. 4 oktyabr - Cəbrayıl şəhərinin azad edildiyi gün məhz belə tarixi hadisədir." Bu sözləri  mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkilinin sözlərinə görə, Cəbrayılın işğalı ilə azadlığı arasında uzanan 27 illik dövr Azərbaycan xalqının həm ağrı, həm də ümidlərlə dolu tarixini əks etdirir: "1993-cü ilin avqustunda Cəbrayıl rayonu işğal edildi. 1 şəhər, 4 qəsəbə, 92 kənd erməni vandalları tərəfindən dağıdıldı, minlərlə sakin məcburi köçkünə çevrildi. Yüzlərlə tarixi abidə və mədəniyyət ocağı yerlə-yeksan olundu. Ancaq bütün bu faciələr xalqın iradəsini sındıra bilmədi. Azərbaycan dövləti bu illərdə həm iqtisadi, həm də hərbi gücünü möhkəmləndirdi və nəhayət, 2020-ci ildə ədaləti bərpa etdi."
Kamaləddin Qafarov bildirib ki, Cəbrayılın azad olunması müharibənin strateji gedişatını dəyişdi: "Oktyabrın 4-də Azərbaycan Ordusu Cəbrayıl şəhərini və ətraf kəndləri işğaldan azad etdi. Düşmən burada möhkəm istehkamlar qurmuşdu, lakin əsgərlərimizin fədakarlığı sayəsində bu maneələr yarıldı. Cəbrayıl əməliyyatı ilə Ordumuz həm Zəngilan, Qubadlı, Laçın istiqamətində, həm də Xocavənd və Hadrut üzərində nəzarət üçün əlverişli mövqelər qazandı. Əslində, bu qələbə sonrakı həlledici mərhələlərin açarı oldu. Həmin gün Xudafərin körpüsündə qaldırılan üçrəngli bayraq isə Azərbaycan dövlətinin tarix qarşısında haqq savaşını təcəssüm etdirdi."
Deputat  qeyd edib ki, cənab Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı sərəncamla 4 oktyabrın Cəbrayıl şəhəri günü elan olunması bu qələbənin əhəmiyyətini daha da artırır. Onun fikrincə, bu, həm də yeni dövrün başlanğıcıdır: "Bu gün Cəbrayılda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Araz Vadisi İqtisadi Zonası, sənaye parkları, müasir yollar, enerji layihələri rayonun gələcək inkişafına xidmət edir. İlk köç karvanının Cəbrayıla yola salınması isə Böyük Qayıdışın gerçəkliyə çevrildiyini göstərir. Artıq insanlar doğma torpaqlarına qayıdır, yeni evlər, məktəblər, mədəniyyət ocaqları tikilir. Bu, həm ədalətin, həm də həyatın qələbəsidir."
Kamaləddin Qafarov deyib: "Cəbrayılın azad olunması yalnız bir şəhərin qurtuluşu deyildi. Bu hadisə Azərbaycan xalqının haqq səsinin, gücünün və birliyinin dünyaya nümayişi idi. 4 oktyabr  bu mənada  Cəbrayılın zəfər günü ilə yanaşı, həm də gələcək nəsillərin də  milli qürur və dövlətçilik dərsi kimi daim yaddaşlarda qalacaqdır."

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 04 Oktyabr 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri