Icma.az
close
up
RU
Kambocada Tailandla qarşıdurma nəticəsində 30 minə yaxın insan evlərini tərk edib

Kambocada Tailandla qarşıdurma nəticəsində 30 minə yaxın insan evlərini tərk edib

Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

Kambocanın Tailandla həmsərhəd olan Oddar Meançey əyalətində ölkələr arasında sərhəd münaqişəsinin kəskinləşməsi fonunda 30 minə yaxın insan evlərini tərk edib.

Bu barədə "Khmer Times" qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

"Məcburi köçkünlərin sayı artıq 8 000 ailəni ötüb, demək olar, 30 000 nəfərə bərabərdir. Rəqəmlər əvvəlki günlə müqayisədə xeyli artıb. Bu, münaqişə nəticəsində humanitar vəziyyətin pisləşdiyini göstərir”, - məlumatda bildirilir.

Daha əvvəl BMT Baş katibinin mətbuat katibinin müavini Stefani Trembley ölkələr arasında eskalasiyanı şərh edərək bildirmişdi ki, Tailandda 131 mindən çox, Kambocada isə 4 mindən çox insan evlərini tərk edib.

Qeyd edək ki, Tailand və Kamboca arasında sərhəd münaqişəsinin eskalasiyası iyulun 24-də səhər saatlarında silahlı fazaya keçib. Sərhəd zonasında atışmalardan sonra tərəflər bir-birini artilleriya atəşinə tutub.

Sərhəd xəttində Tailand və Kamboca qoşunları arasında döyüşlər cümə günü ağır artilleriya, təyyarə və tankların istifadəsi ilə davam edib. Lakin şənbə günü axşam saatlarında məlum olub ki, güclü yağış səbəbindən tərəflər hərbi əməliyyatları dayandırıblar. ABŞ Prezidenti Donald Tramp da öz növbəsində hər iki ölkənin baş nazirləri ilə danışıqlardan sonra sosial şəbəkədə yazıb ki, həm Kamboca, həm də Tailand atəşkəsin tezliklə əldə olunmasında maraqlıdır.

//Rrport

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:230
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 27 İyul 2025 06:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see373

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see335

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see293

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see269

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see266

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see257

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see246

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see239

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see238

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see225

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see219

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see217

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see214

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see211

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see210

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see206

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see206

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see200

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see199

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri