Kamera qarşısında özünü “şah” sayanlar Müğənnilər niyə şosial şəbəkələrdə lotuluq edir?
Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.
Azərbaycanda sayt və sosial şəbəkələrdə cəmiyyətə açıq hörmətsizlik, əxlaqsız ifadələr, milli-mənəvi dəyərlərə zidd davranış və çıxışların qadağan edilməsi təsadüfi qərar deyil.
Bu, son illər ictimai məkanda müşahidə olunan məsuliyyətsizliyin, laqeydliyin və “azadlıq” adı altında sərhədsizliyin hüquqi çərçivəyə salınması prosesinin tərkib hissəsidir.
Bu yaxınlarda Prezident İlham Əliyevin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna etdiyi dəyişiklik də məhz bu zərurətdən doğdu.
Qanunun məğzi nə mürəkkəbdir, nə də şərhə möhtacdır. Çox sadə və aydındır: ictimai platformada necə davranırsansa, bunun məsuliyyətini daşıyırsan.
Kamera qarşısında söylədiyin söz, etdiyin jest, verdiyin mesaj sənin şəxsi otağında deyil, cəmiyyətin gözü önündədir.
Bu dəyişikliklə adi vətəndaşa çox aydın mesaj verildi: sosial şəbəkədə bir cümlə, bir paylaşım, bir hərəkət hüquqi nəticə doğura bilər.
Cərimələnə, məsuliyyətə cəlb oluna bilərsən. Çünki “mən sadəcə öz sosial hesabımda yazmışam” dövrü artıq geridə qalıb.
Amma görünən odur ki, bəzi müğənnilər bu reallığın fərqində deyil. Ya da fərqində olmaq istəmirlər. Sanki bu ölkənin qanunları onlara aid deyil.
Elə bil başqa bir hüquqi mühitdə, ayrı ölkənin qaydaları ilə yaşayırlar. Kamera qarşısına keçən kimi üslub dəyişir, jestlər sərhədi aşır, hörmətsizlik “şou”, məsuliyyətsizlik isə “yaradıcılıq” adı altında qablaşdırılır.
Son günlər xüsusilə TikTok və İnstagram platformalarında bəzi müğənnilərin nümayiş etdirdiyi davranışlar artıq sadəcə etik həddin aşılması deyil.
Bu, açıq-aşkar qanunu ələ salmaqdır. Əxlaqsız jestlər, sarkazmla bəzədilmiş hörmətsizliklər, cəmiyyətə meydan oxuyan ton, istehzalı mimikalar — bütün bunlar təsadüfi davranış deyil, sistemli bir məsuliyyətsizlikdir.
Və bu mənzərənin içində bir “video çıxışı” xüsusilə diqqət çəkdi. Dövlət başçısına qeyri-etik, məsuliyyətsiz, lağlağı üslubda edilən müraciət: “Ay Prezident, bunu eşit...” ifadəsi.
Bu, nə cəsarətdir, nə azad fikirdir, nə də sənət adamına yaraşan mövqedir. Bu, açıq-aşkar hörmətsizlikdir və bunun adı nə qədər bəzədilsə də dəyişmir.
Deyəsən, bəzi müğənnilər toy məclislərində ifa etdikləri iki-üç bayağı mahnıya görə özlərini cəmiyyətdən, dövlətdən, qanundan yuxarıda görməyə başlayıblar.
Elə bilirlər ki, populyarlıq hüquqi toxunulmazlıq yaradır. Açığı, qanunlara bu qədər açıq hörmətsizliyin başqa məntiqli izahını tapmaq çətindir.
Halbuki məsələ çox sadədir. Əgər kimsə sosial şəbəkədə minlərlə, on minlərlə insana görünürsə, deməli, hər dediyi sözün, hər nümayiş etdirdiyi davranışın cavabdehidir.
Auditoriya böyüdükcə məsuliyyət də böyüyür. Bu, dünya praktikasında da dəyişməz prinsipdir.
Qanun sadəcə hər kəsə həddini xatırladır: hörmətsizlik azadlıq deyil, bayağılıq cəsarət deyil, qanunu saya almamaq isə “imic” yox, məsuliyyətsizlikdir.
Bu mövzu senzura ilə bağlı deyil. Heç kimə “oxuma”, “danışma”, “paylaşma” deyən yoxdur. Qanun heç kimin fikrini boğmur, sənətini qadağan eləmir.
Bu ölkədə qanunlar kiminsə sənətçi, kiminsə adi vətəndaş olmasına görə yazılmayıb. Qanun hamı üçündür. Səhnədə olan üçün də, ekranda görünən üçün də, heç kim tərəfindən tanınmayan üçün də eyni şəkildə keçərlidir.
Və bu fikir nə uzun mübahisəyə, nə də bədii izaha möhtacdır. Tanınmış olmaq qanunları tapdalamaq, kamera qarşısında özünəməxsus “lotuluq” nümayiş etdirmək üçün nə əsas verir, nə də haqq tanıyır.
Kamera qarşısında özünü “şah” sayan hər kəsi mat qoyacaq qədər sadə, amma dəyişməz bir həqiqət var: "Qanun şahdır, şah qanun deyil..."
Bəyazın “Şeylər” sərgisi açıldı Kitabının imza günündə Nikola Sarkoziyə etiraz “Ayı” adlı tamaşanın məşqlərinə başlanıldı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 26 Yanvar 2026 16:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















