Kameradan yayınmaq üçün avtobusun arxasında gizlənən çoxbilmiş sürücü CƏRİMƏLƏNDİ VİDEO
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Bakı-Sumqayıt yolunda qayda pozan sürücü videoya çəkilib.
Avtosfer.az-ın məlumatına görə, hadisənin görüntüsü “Tik-Tok” sosial şəbəkəsində paylaşılıb. Belə ki, 10-VR-862 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobilin sürücüsü tıxacda gözləməmək üçün avtobus zolağına daxil olub. Eyni zamanda o, cərimədən yayınmaq üçün avtobusun arxasına keçərək maşını idarə edib və bu yolla kameradan gizlənib.
Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayından Avtosfer.az-a bildirilib ki, sözügedən sürücü barəsində qanunamüvafiq qaydada tədbir görülüb. O, İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsilə 2 bal və 100 manat məbləğində cərimələnib.
Nərmin
Bu mövzuda digər xəbərlər:Sürücü qaranlıqda kameradan yayınıb qoşa xəttin tələbini pozdu VİDEO
15 Avqust 2025 09:00
Avtobusun arxasında gizlənib cərimədən yayınmaq istəyən sürücü sürprizlə qarşılaşdı VİDEO
03 Sentyabr 2025 12:31
Parklanma üçün yeri düzgün seçməyən sürücü CƏRİMƏLƏNDİ VİDEO
14 Fevral 2025 00:00
Bakı metrosunda kameradan su axdı Video Yenilənib
05 Fevral 2025 17:32
Milyoner olmağın 6 şərti ÇOXBİLMİŞ
06 Noyabr 2024 10:29
Baxış sayı:67
Bu xəbər 05 İyun 2025 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















