“Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”a dəyişiklik edilib
Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İqtisadiyyat Nazirliyinin Kollegiyasının qərarına görə, “Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”a dəyişiklik edilib.
Reyting.az xəbər verir ki, bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov müvafiq qərar imzalayıb.
Dəyişikliyə əsasən, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına dair bəyannamə (hesabat) hər rübün sonunda – növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir.
Bundan əlavə, vergi ödəyicisi, sığortaedən və ya sığortalı ölkədə fəaliyyətini müvəqqəti dayandırdıqda, ləğv edildikdə və ya fəaliyyətinə xitam verildikdə, bu barədə ərizə və ya arayışda göstərilən tarixdən etibarən 30 gün ərzində, lakin qanunla müəyyən olunmuş son təqdimetmə müddətini keçməmək şərti ilə hesabat vergi orqanına təqdim olunmalıdır.
Qərarın icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinə üç gün ərzində sənədin Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunması tapşırılıb.
Bu mövzuda digər xəbərlər:Azərbaycanda kameral vergi yoxlamaları ilə bağlı yeni dəyişiklik edilib
18 Aprel 2025 12:58
Avroviziyada qaydalar dəyişdi SƏRT QAYDALAR
11 Dekabr 2024 11:54
“WhatsApp“da BÖYÜK DƏYİŞİKLİK Yeni qaydalar hazırlanır
19 Oktyabr 2025 18:55
Qaydalar sərtləşdirildi
02 Yanvar 2025 04:42
Qaydalar təsdiqləndi
03 Mart 2025 10:06
Baxış sayı:68
Bu xəbər 18 Aprel 2025 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















