Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Kamil bir palançı və ya yarımçıq papaqçılıq...

Kamil bir palançı və ya yarımçıq papaqçılıq...

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vaxt var idi ki, oxuyan təhsil ardınca gedirdi, oxumayan da özünə bir sənət, peşə seçirdi. Sənədlərini ya 8-ci sinifdən, ya da tam orta təhsili başa vurduqdan sonra peşə məktəblərinə verib bir peşənin sahibi olmağa çalışanlar var idi. Bunu övladlarına valideynlər də məsləhət bilir, ona peşə seçməsində bacarıqlarını əsas götürməklə kömək edirdi. Beləliklə də bir məktəbin sonuncu sinfini bitirən gənclərin təxminən 10-u ali məktəbə, 3-5-i orta ixtisas məktəblərinə, 4-5-i isə peşə məktəblərinə daxil olurdu. Peşə məktəblərində isə onlar elə yetişdirilirdi ki, sabahın əsl peşə sahibinə çevrilir, həm dövlətə, cəmiyyətə xeyir verir, həm də öz ailə büdcələrini yarada bilirdilər.

Oxumaq dəbi

Bəs sonra necə oldu? Haradasa, 90-cı illərin sonlarından etibarən cəmiyyətimizdə 3 hadisə bir-birini izləməyə başladı. Birincisi, insanlar yeni bir xəstəliyə mübtəla oldu- kütləvi şəkildə ali təhsil almaq xəstəliyinə. Deməli, bu xəstəliyin patologiyası belə idi ki, hamının uşağı təhsil almalıdır. Oxudu, oxumadı, uşaqlar təhsilli olmalıdır. İkincisi, bu, bir dəbə çevrildi. Bütün valideynlər övladlarının ali təhsil alması üçün əlindən gələni etməyə başladılar. Üçüncüsü isə bu oldu ki, bəhsəbəs cəmiyyəti ağuşuna aldı. Filankəsin uşağı oxudu, mənimki nə üçün oxumasın, qonşunun uşağı ali məktəbə girdi, mənimki nə üçün geri qalsın. Sağ olsun, ozamankı Dövlət İmtahan Komissiyası da bütün bunlar üçün çox optimal şərait yaradırdı. Yəni, gündən-günə balları aşağı endirib, ödənişli ixtisasların sayını artırmaqla valideynlərə kredit götürüb, borc alıb uşaqlarını universitetlərdə oxutmalarına şərait yaradırdı. Bu isə cəmiyyətin taleyində baş verən 3 hadisənin təlabatını artıqlaması ilə ödəyirdi. Odur ki, artıq peşə məktəblərinə ehtiyac qalmırdı. Yəni, kütləvi şəkildə peşə məktəblərindən uzaqlaşma başlamışdı. Uşağının peşə məktəbində oxumasını sanki valideynlər özlərinə sığışdırmırdı.

Həmin illərin statistik göstəricilərinə nəzər salınsa, dediklərimiz təsdiqlənər ki, peşə məktəblərinə qəbulun səviyyəsi tamamilə aşağı enmişdi. Hələ arada bəzi peşə məktəbləri bağlandı. Və yaxud da sayları azaldıldı. Nəticədə isə universitetlərdə təhsil alanların sayı artdı. Oxumayanlar isə heç bir bacarığı və ya peşə təhsili olmadığına görə özlərinə iş tapmaqda çətinliklərlə üzləşdilər.

Həmçinin də universitetə aşağı balla daxil olanlar iş tapmaqda çətinlik çəkdilər. Çünki işləmək üçün yenə də imtahan tələb olunur. Bu imtahanlarda isə suallar çətin olduğu üçün 200-250 bal ilə universitetə daxil olanların bu suallar qarşısında məəttəl-məəttəl baxmaqdan başqa çarəsi yox idi.

Bir-birindən gözəl peşələr

Bütün dövrlərdə peşə sahibləri olub ki, onlara el arasında “sənətkar”, “usta” adları verilib. Məsələn, sürücülər tanımışıq ki, onlara yaşadığı rayonda hər kəs “usta” deyə müraciət edirdi. Çünki sənətinin sahibi idi. İllərlə insanları ən ucqar dağ kəndlərinin abadlıqdan kənar yolları ilə rayon, şəhər mərkəzlərinə aparıb gətirmiş, çalışdığı dövrdə heç bir qəza olmamışdı.

Avtomobil təmiri ilə məşğul olan peşə sahibləri tanımışıq ki, necə deyərlər, əlləri qızıl kəsib. Yaşadığı ərazidə heç də ən yüksək vəzifədə çalışanlardan pis dolanmayıb. Qazancı əla olub. Nə üçün? Çünki sənətinin sahibi olub. Qarşısına qoyduğu məqsədə müvəffəqiyyətlə çatıb, olub usta. Həm hörməti olub el arasında, həm də qazancı.

Zərgərlər tanımışıq, həqiqətən də əlləri zərgər insanlar. Onların çox böyük zövqlə və incəliklə hazırladığı zinət əşyaları hər kəs tərəfindən təqdir olunub, sifariş sifariş üstünə gəlib. Qazancı da heç də müəllim, həkim, mühəndislərdən aşağı olmayıb.

Diş texnikləri tanımışıq. Evində və yaxud da yaşadığı kənd, qəsəbə, şəhərdə hansısa binanın bir-iki otağını kirayələyərək çalışıb. Bu işi görməsi üçün heç orta ixtisas tibb təhsili də olmayıb. Sadəcə kurslarda iştirak edib, peşənin sirlərini öyrənib. Həmin adamlar ölənədək də diş texniki kimi çalışıblar. Xəstələri də dəstə-dəstə gəlib. Çünki seçdikləri peşəni dərindən öyrəniblər. Qazancları da əsla təhsilli adamların qazancından geri qalmayıb.

Dülgərlər tanımışıq, adları yaşadıqları mahalla bir olub. Onların düzəltdiyi qapı-pəncərələr indi də evlərimizin yaraşığıdır. Böyük zövqlə, keyfiyyətlə taxta üzərinə köçürdüyü məharəti həmişə, necə deyərlər, müştərisini baş üzərində edib belələrinin. İnsanlar qapı, pəncərə düzəltdirmək üçün aylarla növbə gözləməli olublar. Bu ustaların evləri də, həyətləri də, dolanışıqları da ən yüksək vəzifədə çalışanlardan yaxşı olub.

Dərzi, pinəçi, daş ustaları, xalçaçı, tərəvəzçilər tanımışıq ki, əlləri zərgər olub. Nəinki yaşadıqları yerdə, qonşu şəhər-kəndlərdə də məşhur olublar. Onların sorağı ilə insanlar kəndbəkənd, şəhərbəşəhər gəlib işlərini onlara gördürməyi məsləhət biliblər. Onlar da ki, hər zaman ən yüksək səviyyədə yaşayıblar. Əllərinin zəhməti, alınlarının təri ilə özləri üçün hərtərəfli şərait yaradıblar. Heç də təhsili olanlardan geri qalmayıblar.

Kamil bir palançı və ya yarımçıq papaqçılıq...

Beləliklə də bu qənaətə gəlmək olar ki, bəli, dahi şairimiz Nizami Gəncəvinin də dediyi kimi, kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan. Bəli, istər orta ixtisas, ali, magistratura, aspirantura, istərsə də hər hansı peşə təhsili olsun, sənətə və peşəyə kamilcəsinə yiyələnmək, onu sevmək ən üstün cəhətlərdəndir. Belə olan təqdirdə ailən üçün hər zaman qazancın olacaq. Belə olan təqdirdə heç kimin qarşısında gülünc vəziyyətdə qalmayacaqsan.

Belə isə nə üçün bu gün övladlarımızı bir peşə öyrənməsi üçün peşə məktəblərinə yollamırıq və yaxud da hər hansı usta yanına qoymuruq. Nə üçün yenə də həmin 3 iddianı davam etdiririk? Xəstəlik, dəb və bəhsəbəs iddialarını. Axi bilə-bilə ki, övladımız müəllim olmaq üçün yetərli savada malik deyil, mühəndis, tibb bacısı, feldşer, hərbi rəhbər, psixoloq (onlarla saya biləcəyimiz ixtisaslar var) olmaq üçün qabiliyyəti, bacarığı, səriştəsi yoxdur, onu nə üçün oxumağa vadar edirik, nə üçün illərlə ailə büdcəsinə ziyan vuraraq onu müəllim yanına hazırlıqlara göndəririk? Sonda isə görürük ki, həqiqətən də bu uşaq bu sahələr üçün yaranmayıb. Biliyi, dünyagörüşü, xüsusilə də istək və arzusu müəllim, həkim, tibb bacısı, mühəndis olmaq üçün deyil. O, bu sənətlərdə özünü tapa bilmir. Elə bu səbəbdəndir ki, indi cəmiyyətimizdə yüzlərlə insan var ki, hər hansı bir təhsili alıb, lakin gözəllik salonlarında manikürçü, saç kəsən, mağazalarda satıcı, idarə, müəssisələrdə texniki işçı kimi çalışır. Bu, onun göstəricisidir ki, valideynlərinin iddiası ilə zorla bir ali təhsil alıb, artıq özünü dərk edəndən sonra isə düşünüb, yox, bu sahə mənlik deyil. Yenidən hansısa kurslara, təlimlərə getməklə bacardığı işin qulpundan yapışmağa çalışıb.

Bax, bu da son nəticə: ali təhsilli manikürçü, dərzi, pinəçi, fəhlə və sair.

Uşaqlarımızın maraqlarını kəşf edək

Düşünməyə dəyər. Hələ də cəmiyyətimizdə ali təhsillə bağlı xəstəliyin, dəbin və bəhsəbəhsin tüğyan etdiyi bir şəraitdə söyləmək yerinə düşər ki, düşünmək gec deyil. Özümüzə əziyyət verməyək. Qazandığımızı digər övladlarımızın ruzisindən kəsib hazırlıqlara verməyək. Uşaqlarımızın kiçik yaşlarından hansı peşəyə, sənətə maraqları olduğunu kəşf edək. Böyüdükcə onları istədikləri sahələrə istiqamətləndirək. Qoy onlar ali təhsilli də olsunlar, orta ixtisas təhsilli də. Qoy onlar dərzi, dülgər, manikürçü, tərəvəz ustası, xalçaçı, zərgər də olsunlar. Hazırda ölkəmizdə fəaliyyət göstərən peşə təhsili məktəblərində onlarla peşə təklif olunur. Onlardan yararlanmağa çalışmaq lazımdır.

Baxmayaraq ki, bu gün də Dövlət İmtahan Mərkəzi tərəfindən ballar endirilir. 200 bal toplayan abituriyentlərin ali məktəblərdə təhsil almaları üçün şərait yaradılır. Lakin gəlin valideyn olaraq özümüz daha dərindən düşünək. Bizə bunların hansı sərf edir? 2-3 il hər ay 100-300 manat verib hazırlığa göndərdiyimiz uşaqlarımızın son nəticə olaraq 200 bal toplayıb ali təhsil almasımı, yoxsa elmə marağının olmadığını hiss etdiyimiz andan etibarən hər hansı bir peşəyə yönəlməsimi? Onsuz da oxumaq həvəsi olmayan gənc ali təhsil alsa da, özünü başqa bir peşədə tapacaq. Belə isə ailə büdcəsinə zərər vurmağa dəyərmi?

Axı peşələr də cəmiyyət üçün gərəkdir. Bəs hər birimiz ali təhsil alıb müəllim, mühəndis, həkim və sair olacağıqsa, bizim paltarımızı kim tikəcək, dırnağımızı kim manikür edəcək, saçımızı kim kəsəcək. Maşınımızı kim təmir edəcək, xəyalımızdakı zinət əşyasını və yaxud qapı-pəncərələrimizi kim düzəldəcək?..

Kamil bir palançı, yoxsa yarımçıq papaqçılıq?..

Mətanət Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Mart 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see411

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see383

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see341

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see317

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see314

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see287

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see276

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see269

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see255

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see241

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see229

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see228

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see227

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see226

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see198

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see142

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see141

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri