Icma.az
close
up
RU
Kamil palançılar, yarımçıq papaqçılar... “Azərbaycanda oxuyan uşaqlara iş yoxdur” deyən bir kütlə var

Kamil palançılar, yarımçıq papaqçılar... “Azərbaycanda oxuyan uşaqlara iş yoxdur” deyən bir kütlə var

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Azərbaycanda bilik günüdür. Əslində əvvəllər Azərbaycanda tədris ilinə sentyabrın 1-də start verilirdi. Amma 2004-cü ildə avqustun 21-də İlham Əliyevin sərəncamı ilə bütün ümumtəhsil müəssisələri 5 günlük iş həftəsinə keçirildi və dərslərin sentyabrn 15-də başlanılmasına qərar verildi. Və 15 sentyabr – Bilik günü elan edildi.

Qeyd edək ki, bu il 10 min uşaq birinci sinifə getdi. Ümumilikdə 1,6 milyon şagird təhsil alacaq.

Mənim də kiçik oğlum bu İlahiyyat İnstitutunun tələbəsi oldu. Və bu gün ilk dəfə İnstitutda valideynlərlə görüş-toplantı keçirildi.

İlahiyyat İnstitutu 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılıb. Bu il İnstituta 70 tələbə qəbul olunub. Onlardan 35 nəfəri Dinşünaslıq Fakültəsində, digər yarısı isə İslamşünaslıq fakültəsində təhsil alacaq.

İnstitutda təhsil dövlət hesabınadır. Eyni zamanda təhsil alan uşaqlara təhsil səviyyələrinə görə, təqaüdlər ayrıla bilər. Toplantıda İnstitutun İlahiyyat fakültəsinin dekanı Elnurə Əzizova təhsil və institutun qaydaları haqqında məlumat verərərkən bildirdi ki, əsas şərt cani könüldən təhsil almaq istəyinin olmasıdır. Yəni əgər bir tələbə İlahiyyat institutunu seçirsə, o bilməlidir ki, institutu bitirəndən sonra hakim və ya həkim deyil, ilahiyyatçı, dinşünas-ekspert və yaxud diplomat ola bilər. Bunun üçün təhsili mənimsəməyi bacarmaq lazımdır. Yəni bu təhsil müəssisəsi 4 ili idarə etmək, yol vermək üçün deyil. Çünki burada təhsil alanlar 10 milyon üçün yetişdirilir.

İnstitutda tələbələr hər smestr üçün dərs vəsaitləri, kitablar institut tərəfindən pulsuz verilir. İnstitutun xüsusi geyimi olmasa da, daxili qaydalara əsasən, tələbələrə dərsə daha ciddi geyimdə gəlmək tövsiyyə edilir. Bu da normal qaydadır. Gələcəyin ilahiyyatçısı, dinşünası, islamşünası yəqin ki, instituta “həddən artıq müasir” geyimlərlə - şortla, idman geyimi ilə gəlməməlidir.

Dərslər ciddi şəkildə keçirilir. Yəni İlahiyyat İnstitutu oxumağa həvəsi olmayan uşaqlar üçün deyil. Uşaqlara dərs zamanı mobil telefonlardan istifadədə müəyyən qadağalar var. Bu da normaldır. Çünki dərs zamanı fikri dərs əvəzinə telefonda olan tələbənin gələcək üçün necə mütəxəssis olacağı sual altındadır.

Elnurə Əzizova həmçinin valideynlərə övladlarının təhsili ilə dərindən maraqlanmağı da tövsiyyə etdi. Etiraf edim ki, Azərbaycanda tələbələrin təhsilinə bu qədər ciddi şəkildə yanaşan bir ali təhsil müəssisəsinin olmasına şübhə ilə yanaşırdım.

Ümumiyyətlə, ali təhsil müəssisəsi dedikdə, bu gün göz önündə fərqli məqamlar canlanır. İlahiyyat İnstitutunda, sözün əsl mənasında ciddi təhsilin olduğuna dair bir inam yarandı içimdə.

Daha sonra tələbələrə institut daxili qaydalar izah edildi, təqaüdlərdən söz açıldı.

Belə başa düşmək olar ki, İlahiyyat İnstitutu mütəxəssis olmağı hədəfləmiş tələbələrə geniş şərait yaradır. Bura xaricdə təhsil, iş və s. digər imkanları da daxil etmək olar.

Çox maraqlıdır ki, mənim övladım ixtisas seçimi zamanı ilk olaraq İlahiyyat İnstitutunun Dinşünaslıq fakültəsini yazanda məni qınayanlar çox olmuşdu. Hətta iradla bildirilirdi ki, “uşağın gələcək taleyi ilə oynayıram və uşağı indidən dinə yönləndirmək səhv addımdır ki, bunu da mən atıram”. Amma dahi Nizaminin bir kəlamı var, deyir: "Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan".

Bu gün ölkədə kifayət qədər ixtisasını sevmədən təhsil alan, təhsil müddəti bitdikdən sonra işsiz ortada qalıb. “Azərbaycanda oxuyan uşaqlara iş yoxdur” deyən bir kütlə var. Və məsələnin dərinliyini araşdıranda görürüsən ki, ya həmin uşaqlar ixtisas seçimi zamanı “nə olar, olar” prinsipi ilə addım atıblar, ya təhsil müddətindən bütün düşüncələrini təhsilə verməyiblər və bu gün ölkədə ali təhsilli işsizlər ordusu var. Mənim övladım isə “Dinşünaslıq” fakültəsini bilərəkdən, istəyərəkdən seçmiş və ilk olaraq o fakültəni qeyd etmişdi. Türkiyədə İmam Hatip liseyində təhsil aldığı zaman İslam dininin müqəddəs kitabı olan Quran-i Kərimi oxuduğu üçün dinə marağı da yaranmışdı. Və “Dinşünaslıq” onun prioriteti idi…

Bu gün İlahiyyat İnstitutunda keçirilən toplantıda iştirak etdikdən sonra seçimimizin yanlış olmadığını bir daha anladım. Və hətta yaxşı olardı ki, valideynlər ixtisas seçimini övladlarının öz ixtiyarına buraxsın. Qəbul etməliyik ki, hər abituriyent hakim, həkim, hüquqşünas, jurnalist, vəkil olmalı deyil. Bu ölkəyə dini dərindən bilən, araşdıran, ərəb dilini bilən mütəxəssislər, ilahiyyatçılar, diplomatlar da lazımdır. Qısası, İlahiyyat İnstitutu bu sahə üçün ideal seçimdir…

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 16 Sentyabr 2025 00:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see461

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see199

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see198

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see188

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see178

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see178

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see164

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see155

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see146

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see144

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see142

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see136

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri