Kamilə toyunda baş verən Xalq artistlərinin davasından danışdı VİDEO
Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Aparıcı Kamilə Babayeva toyundan və toyunda Xalq artistləri Aygün Kazımova ilə Röya Ayxanın mübahisə etməsindən danışıb.
Bizim.Media xəbər verir ki, bu barədə o “Pərvizə görə”də açıqlama verib. Kamilə deyib ki, məsələ ilə bağlı yazılanlar təhrif olunub və həyat yoldaşı ona şou-biznes nümayəndələrini məclisə dəvət etməsi ilə bağlı qadağa qoymayıb:
“Burda məsələ təhrif olunub. Həyat yoldaşım istəyirdi ki, hər iki tərəfdən qonaq sayı az olsun. Mən də dedim ki, nə danışırsan, dostum, tanışım, ətrafım çox böyükdür. Sizdə də həmçinin. İstəyirdi ki, bunu balaca, səmimi məclisdə qeyd edək. Onun şou-bizneslə problemi olsaydı, deməli, özünü tanıyan insan deyil. Onda niyə bu qızı sevirsən, bu qızla ailə qurursan?! Sözügedən məsələyə nə sevindi, nə kədərləndi. Başqa münasibət gözləyə bilərdim. Heç bir emosiya vermədi. Bu illər ərzində məsələ daha çox kənarda müzakirə olundu. Daxildə isə heç müzakirə mövzusuna çevrilmədi. Ən kritik anlar olur, sözün çəp gəlir, istəyərsən ən acı məqamından toxunasan. Bir dəfə də bu mövzunun yanından, ətrafından bir söz deyilmədi”.
Sara, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 25 Fevral 2025 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















