Icma.az
close
up
RU
“Kamili saymadılar, ona görə də içkiyə qurşandı, sonra da teatrın avtobusunda öldü” Kübra Əliyeva KÖVRƏLDİ

“Kamili saymadılar, ona görə də içkiyə qurşandı, sonra da teatrın avtobusunda öldü” Kübra Əliyeva KÖVRƏLDİ

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Kamil Məhərrəmovla 6 il birlikdə Sumqayıt Dövlət Dram Teatrında çalışdım və hər il də tərəf müqabili oldum. Çox istedadlı, dadlı-duzlu aktyor idi. Onunla tərəf müqabili olmaq mənim üçün bir şans idi. Hətta elə bir tamaşa var idi ki, mənim atamı oynayırdı. Onu taleysiz bir aktyor hesab edirəm. Şanssız oldu. Filmlərdə daha çox epizodlarda rol alıb, amma teatrda baş rollarda çıxış edib. “Skapenin kələkləri” tamaşasında o Skapen rolunu elə gözəl yaradıb ki.. Misilsiz! Hətta tərəf müqabili olmayanda belə, eyni tamaşada oynamışıq, rol almışıq”.

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Kübra Əliyeva deyib.

O daha sonra əlavə edib:

“Səhv etmirəmsə iki övladı da var idi. Xanımı da gözəl insan idi. O vaxt kinostudiyaya gedib-gələn aktyorların içki aludəçiliyi var idi. O içki aludəçisi oldu. Yavaş-yavaş Sumqayıtda öz gözəl simasını itirdi. Ailədə də böyüklüyü itirdi. Mən onun ailəsini də qınamıram. Uşaqlı evdə nə qədər içki içmək olar? Səmimiyyət itir, xarakter itir! Heyif! Çox heyf! Mən hər zaman onun doğum və anım günündə paylaşım edəndə yazıram ki, “Kamil, səndən çox heyf!”. Ölümündən xəbərim olmadı. Çünki mən o zaman Musiqili Komediya teatrında işləyirdim. Bir gün eşitdim ki, Kamil rəhmətə gedib. Deyilirdi ki, teatrın avtobusunda rəhmətə gedib. Çünki ailə dağıldı, xanımı boşanmışdı. Bilmirəm, yəqin ki, onu teatra buraxmayıblar. O teatrda da yata bilərdi. Avtobusda yatıb, qış olub, hava soyuq olub. İçki onun içini isitsə də, üstdən bədənini isidə bilməyib. Soyuq onun canını alıb. O içki aludəçisi olmasaydı yüksək ada da layiq idi. Hər şeyə layiq bir aktyor idi. Siz onun oynayanda gözlərinə bir baxın! O qədər mənalı gözləri var idi ki.. Yaddan çıxan, haqqı verilməyən aktyorlardandır. Bilirsiniz içki nədən başlayır? Hər kəs Kübra deyil, genişürəkli olsun! Yanımda-yörəmdə məndən sonra sənətə gələn, ad alan insanları yüksəklərə qaldırıram! Mənim o qədər böyük ürəyim var ki, hər birini təbrik edirəm. Bu məni narahat etmir. Çünki məni xalqım sevir. Kamili də xalqı sevirdi. Amma Kamil sayılmadı. Sayılmadıqca da getdi araq butulkasından yapışdı. Sənətdə sayılmadıqca özünü qoruyan sənətkarlara halal olsun! Özüm də içində olmaqla” deyə sənətkar bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Sentyabr 2025 21:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri