Kamilo Duranın transferində maraqlı detal: Hər iki klub qazanacaq
Icma.az, sport24.az portalına istinadən məlumat verir.
Kamilo Duranın "Qarabağ"dan Şotlandiyanın "Seltik" klubuna transferi təkcə Azərbaycan çempionuna deyil, futbolçunun sabiq komandası "Portimonense"yə də maliyyə qazancı gətirəcək. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Portuqaliya təmsilçisi ötən il kolumbiyalı vingeri "Qarabağ"a satarkən müqaviləyə növbəti transferdən əldə olunacaq gəlirin 15 faizinin özünə ödənilməsi ilə bağlı xüsusi bənd daxil etdirib.
Bu səbəbdən Kamilo Duranın "Seltik"ə satışından əldə olunacaq məbləğin müəyyən hissəsi "Portimonense"yə çatacaq.
Mənbənin bildirdiyinə görə, "Qarabağ" da eyni addımı atıb. Belə ki, Ağdam təmsilçisi "Seltik"lə bağlanan müqaviləyə futbolçunun gələcək satışından pay əldə etməsini nəzərdə tutan bənd əlavə etdirib.
Beləliklə, Şotlandiya klubu Kamilo Duranı gələcəkdə başqa komandaya transfer edərsə, "Qarabağ" da həmin satışdan maliyyə gəliri əldə edəcək.
Qeyd edək ki, Britaniya mətbuatının yaydığı məlumata əsasən, "Seltik" Kamilo Duranın transferi üçün bonuslarla birlikdə 6 milyon funt sterlinqə qədər vəsait ödəyəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 09 İyul 2026 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















