“Kamp Nou” yaxınlığında türkiyəli fəhlələrin deportasiya olunması əleyhinə aksiya keçirilib
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Kamp Nou” stadionunun yaxınlığında miqrant işçilərin deportasiyasına qarşı etiraz aksiyası keçirilib.
Bu barədə İdman.Biz “Marca”ya istinadən məlumat verir.
Məlumata görə, etiraz aksiyası İspaniyada və o cümlədən, stadionun yenidən qurulması işlərində sənədsiz işləyən təxminən 50 işçinin işdən çıxarılması və deportasiyasına diqqət çəkmək üçün “CCOO del Habitat” həmkarlar ittifaqı tərəfindən təşkil edilib. Həmkarlar ittifaqının məlumatına əsasən, işəgötürən Türkiyədən olan işçiləri heç bir zəmanət olmadan geri qaytarmaq niyyətindədir.
“Onlardan bəziləri bir ildən çoxdur ki, həftənin yeddi günü, gündə on iki saat işləyirlər. İşçilər sənədsizdir və onları öz ölkələrinə geri göndərmək niyyəti ilə işdən çıxarılırlar.
Türkiyə torpağına ayaq basdıqları andan etibarən özlərini müdafiə etmək qabiliyyətləri ciddi şəkildə sarsılacaq. “Barselona” bütün bu problemləri eşitmək istəmir”, - deyə “CCOO del Habitat”ın Kataloniyadakı rəhbəri Karlos del Barrio bildirib.
Həmkarlar ittifaqı işçilərin leqallaşdırılmasını, eləcə də immiqrasiya qaydalarında nəzərdə tutulmuş fövqəladə leqallaşdırma mexanizminin aktivləşdirilməsini tələb edir. Əmək müfəttişliyinə mövcud vəziyyət barədə artıq məlumat verilib.
Baxış sayı:98
Bu xəbər 04 Noyabr 2025 22:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















