Icma.az
close
up
RU
Kamran Əliyev beynəlxalq əməkdaşlıq çərçivəsində 5 ölkənin nümayəndə heyəti ilə görüşlər keçirib

Kamran Əliyev beynəlxalq əməkdaşlıq çərçivəsində 5 ölkənin nümayəndə heyəti ilə görüşlər keçirib

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Baş Prokuror Kamran Əliyev korrupsiyaya qarşı beynəlxalq əməkdaşlıq çərçivəsində beş ölkənin nümayəndə heyəti ilə görüşlər keçirib.

Oxu.Az xəbər verir ki, 19-23 may tarixlərində Bakı şəhərində keçirilən BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan Hüquq Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE Network) 6-cı plenar iclası və İdarəetmə Komitəsinin 10-cu görüşü çərçivəsində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, bu gün Tanzaniya Birləşmiş Respublikasının Korrupsiyanın Qarşısının Alınması və Mübarizə Bürosunun direktoru Krispin Şalamilanın, Madaqaskar Respublikasının Müstəqil Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin baş direktoru Qabi Nestor Razakamanantsoanın və Əlcəzair Xalq Demokratik Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Mərkəzi İdarəsinin baş direktoru Moxtar Laxdarinin rəhbərlik etdiyi nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib.

Görüşlər zamanı Baş prokuror Kamran Əliyev ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən institusional islahatlar, prokurorluq orqanlarında tətbiq olunan müasir idarəçilik mexanizmləri və beynəlxalq əməkdaşlıq təşəbbüsləri barədə ətraflı məlumat verib. O, transmilli korrupsiya ilə mübarizədə qlobal həmrəyliyin vacibliyini qeyd edərək, GlobE Şəbəkəsinin bu istiqamətdə əhəmiyyətli platforma olduğunu vurğulayıb.

Tanzaniya, Madaqaskar və Əlcəzair nümayəndələri ilə aparılan müzakirələrdə korrupsiyaya qarşı fəaliyyətin həm regional, həm də qlobal səviyyədə koordinasiyası, institusional potensialın gücləndirilməsi və şəffaflığın təmin olunması məsələləri diqqət mərkəzində olub. Tərəflər hüquq-mühafizə orqanları arasında birbaşa əlaqələrin genişləndirilməsi, habelə təcrübə və informasiya mübadiləsinin əhəmiyyətini xüsusi olaraq vurğulayıblar.

Əlavə olaraq bu gün Baş prokuror Kamran Əliyev Qətər Dövlətinin İnzibati Nəzarət və Şəffaflıq Qurumunun rəhbəri Həməd bin Naserv AI-Misnəd ilə görüşüb.

Kamran Əliyev Azərbaycanla Qətər arasında mövcud olan güclü siyasi əlaqələri və əməkdaşlığı qeyd edərək, iki ölkənin müxtəlif sahələrdə əlaqələrinin əhəmiyyətini vurğulayıb.

Kamran Əliyev iki ölkə arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirərək, 2026-cı ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin antikorrupsiya qurumları rəhbərlərinin 3-cü toplantısının keçirilməsinə xüsusi əhəmiyyət verildiyini vurğulayıb, GlobE Şəbəkəsi və digər beynəlxalq platformalar çərçivəsində birgə əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd edib.

Həməd bin Naserv AI-Misnəd isə Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi nəticələri və beynəlxalq əməkdaşlığa verdiyi töhfəni yüksək dəyərləndirib. O, Azərbaycan prokurorluğunun beynəlxalq platformaların təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşlığın inkişafına verdiyi töhfələrin əhəmiyyətini vurğulayıb.

Həmçinin Baş prokuror Kamran Əliyev Vyetnam Sosialist Respublikasının Baş Prokurorunun müavini Nquyen Quanq Dunqun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə Kamran Əliyev Azərbaycanla Vyetnam arasında mövcud olan güclü siyasi əlaqələri və əməkdaşlığı qeyd edərək, iki ölkənin müxtəlif sahələrdə, xüsusilə hüquq-mühafizə orqanları arasında tərəfdaşlığın dərinləşdirilməsinin strateji əhəmiyyət daşıdığını vurğulayıb. Bildirilib ki, iki ölkə arasında uzun illərə söykənən dostluq və qarşılıqlı hörmət münasibətləri hüquqi sahədə də etimada əsaslanan fəal əməkdaşlıq üçün əlverişli zəmin yaradır.

Vyetnam Sosialist Respublikasının Baş Prokurorunun müavini Nquyen Quanq Dunq isə Azərbaycanla hüquqi əməkdaşlığın gücləndirilməsini iki dost və strateji tərəfdaş ölkə arasında münasibətlərin təbii inkişaf mərhələsi kimi qiymətləndirib. Qonaq hüquq-mühafizə orqanları arasında bilik və qabaqcıl təcrübə paylaşımının gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 May 2025 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see430

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see177

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see169

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see163

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see148

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see139

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see132

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see130

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see129

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri