Kamran Əliyev Sinqapurda Beynəlxalq Prokurorlar Assosiasiyasının konfransında iştirak edir
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının 30-cu illik konfransı və ümumi yığıncağında iştirak etmək məqsədilə Sinqapura işgüzar səfərə gedib.
APA xəbər verir ki, tədbir çərçivəsində hüquq-mühafizə orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi o cümlədən süni intellektdən istifadə imkanları, prokurorluq orqanları arasında kiber cinayətkarlıqla mübarizə üsulları, əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, yeni çağırışlara uyğun birgə təşəbbüslərin həyata keçirilməsi və bu kimi aktual məsələlərin müzakirəsi nəzərdə tutulur.
Keçirilən tədbirlərdə ölkəmizin İndoneziya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramil Rzayev iştirak edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 08 Sentyabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















