Icma.az
close
up
RU
Kamran Əsədovun abituryentlərə avadanlığı neçəyə satdığı açıqlandı VİDEO

Kamran Əsədovun abituryentlərə avadanlığı neçəyə satdığı açıqlandı VİDEO

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən Kamran Əsədov və onunla birlikdə təqsirlən Gündüz Abbasovun növbəti məhkəmə prosesi başa çatıb.

Məlumata görə, hakim Elçin Məmmədovun sədirliyi ilə keçirilən məhkəmə prosesində K. Əsədov və Gündüz Abbasov dövlət tərəfindən təqdim edilən vəkildən imtina edib və müqavilə əsasında yeni vəkillə təmin olunub.

Hakimin qərarı ilə ilk olaraq dövlət ittihamçının ittiham aktı oxunub. Məlum olub ki, K. Əsədov və Gündüz Abbasov 6,8,9, 15, hətta 70 min manat pul qarşılığında xüsusi avadanlıqların abituriyentlərə quraşdırılmasına pulların isə imtahanın nəticəsindən sonra veriləcəyi razılaşdırılıb.

K. Əsədov hakimə dövlət ittihamçısının irəli sürdüyü heç bir maddəsi ilə özünü təqsirli bilmədiyini bildirib. Gündüz Abbasov isə ancaq cinayət məcəlləsinin 302. 3 (gizli informasiya əldə etmək üçün nəzədə tutulmuş texniki vaistələrin qanunsuz satılması və ya satış məqsədi ilə əldə edilməsi) maddəsi ilə təqsirli bilib.

Daha sonra zərəçıkmiş qismində Dövlət İmtahan Mərkəzinin nümayəndəsi kimi Mirzağa Yaqubzadə hakim qarşısında çıxış edib. Onun sözlərinə görə, sözügedən cinayət maddələri ilə təqsirli bilinənən şəxslər tərəfindən blok və qəbul imtahanlarında üzərlərinə cihazlar quraşdırılan təxminən 14 abturient 380, 400, hətta 500 dən artıq "bal" toplayıb. Dövlət İmtahan Mərkəzinin nümayəndələri ilkin olaraq 8 abonentin blok imtahanlarında açıq və digər sullara bənzər cavablar verdiyini, universitetə qəbul zamanı isə o abturientlərdən cihazların aşkar olunduğunu bildirib. Aparılan istintaq zamanı abuturientlərin sayının 14 nəfərə çatdığı təsdiqlənib.

Növbəti proses 22 yanvar saat 15-30 a təyin edilib. Məhkəmə zalından çıxan K. Əsədov növbəti dəfə juranlistlərin suallarını cavablandırmaq istəməyib.

***

15:01

Gəncə Şəhər Məhkəməsində qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən Kamran Əsədov və Gündüz Abbasovun növbəti məhkəmə prosesi başlayıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, məhkəmə hakim Elçin Məmmədovun sədirliyi ilə keçirilir.

İttiham aktına görə, K.Əsədov və G.Abbasov cinayət əlaqəsinə girərək qanunsuz texniki vasitələri ümumilikdə 15 abituriyentin üzərinə quraşdırmaqla imtahanlarda onlara kömək ediblər.

Belə ki, gizli kamera, səsötürücü funksiyalı “vip smart” telefon, nano qulaqlıq, mifi cihazları və digər qurğular əvvəlcədən bir-biri ilə əlaqələndirilib və istifadəyə yararlılığı yoxlanılıb.

Daha sonra həmin avadanlıqlar hazır vəziyyətdə Gəncə və Bakı şəhərlərində keçirilən buraxılış və ali məktəblərə qəbul imtahanlarında asanlıqla nəticə əldə etmək istəyən müxtəlif şəxslərə verilib. Bütün bunların müqabilində təqsirləndirilən şəxslər müştərilərindən müxtəlif məbləğlərdə pul vəsaiti alaraq öz aralarında bölüblər.

Kamran Əsədovla Gündüz Abbasova bu əməllərinə görə Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib. Hər iki maddə üzrə 3 ilədək həbs cəzası nəzərdə tutulur.

Facebook WhatsApp Telegram Twitter Share

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 19 Dekabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri