Icma.az
close
up
RU
Kanadada süni intellekt sahəsində uğurlara imza atan azərbaycanlı: Günahın kimdə olduğu bilinmirdi

Kanadada süni intellekt sahəsində uğurlara imza atan azərbaycanlı: Günahın kimdə olduğu bilinmirdi

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"1993-cü il yanvarın 27-də Qəbələ rayonunun Mirzəbəyli kəndində anadan olmuşam. Orta təhsilimi kəndimizdə, İlham Kərimov adına Mirzəbəyli kənd tam orta məktəbində almışam. 2010-cu ildə 645 balla Qafqaz Universitetinin (hazırkı Bakı Mühəndislik Universiteti - red.) Kompüter mühəndisliyi (ingiliscə) ixtisasına qəbul olmuşam və 2015-ci ildə universitetdən adıçəkilən ixtisas üzrə bakalavr dərəcəsi əldə etmişəm. 2019-cu ilin sentyabrında Alberta Universitetində doktorantura təhsilimə başlamışam və artıq doqquz ildir ki, Kanadada fəaliyyət göstərirəm".

Bunu Oxu.Az-a müsahibəsində Alberta Universitetinin Kompüter Elmləri Departamentində tədqiqat layihəsi 2024-cü ildə bütün universitet üzrə ən yaxşı doktorluq dissertasiyası mükafatına layiq görülən Şahin Atakişiyev deyib.

- Şahin, oxudum ki, Alberta Universitetinin Kompüter Elmləri Departamentində doktorantura üzrə tədqiqat layihəniz "Sürücüsüz avtomobillər üçün izah ediləbilən süni intellekt arxitekturasının hazırlanması" adlanır. Bu layihənin məğzi nədir?

- Bəli, elədir. Başlayım ondan ki, 2019-cu ilin sentyabrında Alberta Universitetində doktorantura təhsilimə başlamışam. Elmi rəhbərim doktorantura üzrə tədqiqat üçün qeyd etdiyiniz mövzu barəsində işləməyi təklif etdi və mən bu tədqiqatın önəmini nəzərə alaraq, təklifi qəbul etdim.

Tədqiqat işimin əsas məğzi sürücüsüz və ya yarıavtonom maşınların qərarlarını şəffaf şəkildə izah edən süni intellekt arxitekturasının hazırlanması idi. Son vaxtlar dünyanın bir sıra inkişaf etmiş ölkələrində (ABŞ, Kanada, Yaponiya, İngiltərə, Almaniya, Çin və s.) bu avtomobillərin istehsal olunmasına çox böyük maraq yaranıb. Bunun səbəbi isə avtonom və ya yarıavtonom maşınların süni intellekt vasitəsilə daha təhlükəsiz qərarlar verməsi, insan xətası səbəbindən yaranan qəzaların sayını minimuma endirmə perspektivinin olması və yollarda tıxacları əhəmiyyətli dərəcədə azaltma potensialıdır.

Yaxın illərə qədər süni intellekt əsaslı sürücüsüz avtomobillərin real zamanda qərarları insanlar tərəfindən başa düşülmürdü. Yəni bu avtomobillərin iştirakı ilə qəzalar baş verəndə hadisədə günahın sürücüsüz avtomobildə, yoxsa qarşı tərəfdə olduğu başa düşülmürdü.

Bu problemin ciddiliyini və insanlar üçün faydasını nəzərə alaraq, doktoranturada məhz bu tədqiqat layihəsi üzrə işləməyə qərar verdim. Beş il bu mövzu üzərində işləyərək, avtonom avtomobillər üçün izah ediləbilən süni intellekt arxitekturasının nəzəri konseptlərini, bu konseptlərin eksperimental yolla həllini qurdum və iki ay əvvəl, 2024-cü ilin sentyabrında bu mövzu üzrə dissertasiyamı müdafiə edərək doktorluq dərəcəmi əldə etdim.

- Həmin dissertasiyanız 2024-cü ildə bütün universitet üzrə ən yaxşı doktorluq dissertasiyası mükafatına layiq görülüb. Bu seçimlər nəyin əsasında aparılır və sizi qalib edən səbəb nə oldu?

- Doktorluq dissertasiyamın müdafiəsində Kanada, Yaponiya və İspaniyadan olan altı professordan ibarət dissertasiya komissiyası iştirak edirdi, hansı ki bu professorlar işlədiyim tədqiqat sahəsi üzrə ekspertlər idi. Onlar tədqiqat işimlə bağlı ərsəyə gətirdiyim nəzəri, eksperimental həllərə dair suallar verirdilər və mən öz növbəmdə bu suallara dolğun şəkildə cavab verməli idim.

Təxminən üç saat çəkən müdafiə prosesindən sonra komitə məni təbrik edərək, işin uğurla tamamlandığını bildirdi. Sonra isə departamentimiz elektron poçtuma məktub göndərərək dissertasiyamın orijinallığı və avtonom maşınların daha da şəffaf və təhlükəsiz qərarlar verməsinə dair qatqılarına görə komitə tərəfindən "Ən yaxşı doktor dissertasiyası" mükafatına layiq olduğunu bildirdi.

- Bu mükafata eyni anda neçə nəfər layiq görülə bilir?

- Ümumilikdə 40 mindən çox tələbəsi olan Alberta Universitetindən bütün ixtisaslar üzrə hesablasaq, hər il təxminən 400-450 doktorant məzun olur və bunlardan ən yüksək qatqılarına görə fərqlənən dörd-beş doktorantın dissertasiyası qeyd edilən mükafata layiq görülür. Bir azərbaycanlı olaraq, Kanadada bu cür yüksək mükafata layiq görülməm mənim üçün çox qürurverici bir an oldu.

- Dissertasiyanızda əsas yenilik nədən ibarətdir?

- Qeyd etdiyim kimi, dissertasiyam sürücüsüz və ya yarıavtonom maşınlar üçün daha təhlükəsiz və şəffaf süni intellekt arxitekturası təqdim edir. Bu arxitektura vasitəsilə siz sərnişin qismində maşına müəyyən zamanda nə üçün konkret qərarları qəbul etdiyi (məsələn, sağa-sola dönmə, marşrutu dəyişərək alternativ yolu istifadə etməsi və ya kritik anlardakı qərarları və s.) barədə sorğu versəniz, maşın onları interfeysində sadə dildə sizə izah edir. Daha dolğun şəkildə desəm, sürücüsüz avtomobilin istifadəçi interfeysi hərəkət zamanı maşının qərarları ilə bağlı istənilən sualları cavablandıra bilir.

- Oxudum ki, ərsəyə gətirdiyiniz bəzi ideyalar artıq bu yaxınlarda real avtonom maşınlara uğurla tətbiq edilib. Bilmək olarmı söhbət hansı maşınlardan və tətbiq olunan ideyalardan gedir?

- Keçən ilin əvvəllərində izah ediləbilən süni intellekt arxitekturası ilə əlaqəli ilk eksperimentimi uğurla tamamladım və bu eksperimenti özündə əks etdirən məqaləm sahəm üzrə ən nüfuzlu konfranslardan birində qəbul olundu. İspaniyada keçirilən konfransda məqaləmi təqdim etdim.

Bir neçə ay sonra isə İngiltərənin dünyanın ən tanınmış avtonom maşınlar şirkətlərindən olan "Wayve"in bu ideyanın daha da irəli versiyasını öz real avtonom, sürücüsüz avtomobillərinə tətbiq etdiyini gördüm. Bu süni intellekt arxitekturası "vizual sual-cavab" mexanizmi ilə avtonom maşının sərnişinlərinə avtomobilin real zamandakı qərarlarını izah etməyə imkan verir. Bu mexanizm sərnişinin avtomobilə olan güvənini artırır və avtonom maşının hərəkət zamanı təhlükəsiz qərarlar verib-vermədiyini təhlil etməyə imkan verir.

- 2023-cü ilin noyabrında tədqiqat işi üzrə uğurlarınıza görə Kanadada "Akademik mükəmməllik" mükafatına da layiq görülmüsünüz. Bu nə mükafatdır və qazanma səbəbiniz nədir?

- Bu mükafat magistr və doktorantura səviyyəsində tədqiqat işi zamanı yüksək nəticələr əldə edən tələbələrə verilir. Artıq keçən ilin ortalarından başlayaraq ərsəyə gətirdiyim nəticələr dəyərləndirildi və bu mükafata layiq görüldüm. Mükafat isə dəyəri 12 min dollar olan və birdəfəlik ödənilən pul mükafatı oldu.

- Şahin, bildiyim qədərilə, hazırda Kanadada texnologiya şirkətində və Alberta Universitetində işləyirsiniz. Hər iki yerdə eyni işi görürsünüz, yoxsa?

- Bəli, hər iki işim sırf ixtisasımla bağlıdır. Süni intellekt mütəxəssisi kimi çalışıram. İşlədiyim şirkətdə süni intellekt metodları hazırlayaraq, şirkətin elektron məhsullarına tətbiq edir və bu məhsulların işləmə mexanizmini optimallaşdırıram. Universitetdəki vəzifəmdə də izah ediləbilən süni intellekt metodları üzrə işləyib, onları digər sahələrdə önəmli problemlərə tətbiq etməklə məşğul oluram.

- Xaricdə təhsil almaq fikri sizdə necə yarandı və nə vaxt, necə getdiniz?

- Əslində, xaricdə təhsil almaq fikrim bakalavr təhsili aldığım dövrlərdən başlamışdı. Xaricdə magistr təhsili almağı çox istəyirdim və universitetin son kursunda olanda qərarımı qətiləşdirdim.

IELTS imtahanından tələb olunan balı yığdım və universitet qiymətlərimlə Kanada və İngiltərədə daha öncədən arzuladığım iki universitetə baş vurdum. Hər iki universitetdən qəbul ala bilmişdim, amma ən çox arzuladığım Kanadanın Alberta Universitetinə gəlmək idi. Çünki həm ixtisasım burada tədris-tədqiqat baxımından çox yüksək səviyyədə idi, həm də Alberta Universiteti dünyanın ən yaxşı 100 universitetindən biridir. Ona görə məhz onu seçdim.

Daha sonra isə Elm və Təhsil Nazirliyinin Xaricdə Təhsil üzrə Dövlət Proqramının tam təqaüdünü qazanaraq 2015-ci ilin sonlarında Kanadaya gəldim.

2016-cı ilin yanvarından 2018-ci ilin yanvarına qədər Alberta Universitetində magistr, sonra isə tam təqaüd qazandım.

2019-cu ilin sentyabrından 2024-cü ilin sentyabrına qədər doktorantura təhsili alaraq müvafiq dərəcələri əldə etdim. Həmçinin, magistr və doktorantura təhsilim arasında texnologiya şirkətlərində də işləmək imkanım oldu. Beləcə, doqquz ildir ki, Kanadada fəaliyyət göstərirəm.

- Ailəlisinizmi?

- Bəli, ailəliyəm. Həyat yoldaşım müəllimədir. İki yaşlı övladımız var.

- Valideynləriniz də ali təhsillidirlər?

- Bəli. Hər ikisi həkimdir. Atam nevropatoloq, anam pediatrdır. Hər ikisi Qəbələ rayonunda xəstəxanada çalışırlar. Bacım müəllimə, qardaşım isə diş həkimidir.

- Şahin, maraqlıdır, Azərbaycana qayıtmaq fikriniz varmı?

- Bəli, var. İnşallah, bir müddət burada işləyib, daha çox təcrübə əldə etdikdən sonra Azərbaycanda da işləmək istəyirəm.

- Azərbaycana dönsəniz, hansı sahədə işləmək imkanlarınız var?

- Azərbaycana qayıtsam, süni intellekt sahəsində çalışan şirkətdə və ya tədqiqat institutunda işləmək istəyərəm.

- Kənardan Azərbaycanda ali təhsil səviyyəsi necə görünür? Sizcə, ən böyük boşluğu nədir?

- Fikrimcə, universitetlərimizdə elmi tədqiqatlara daha çox zaman və fond ayırmaq lazımdır. Çünki elmdə yeniliklər, texnoloji uğurlar hamısı tədqiqatlar nəticəsində ərsəyə gəlir. Hesab edirəm ki, həm öz ölkəmizdə, həm də xaricdə bunu reallaşdıra biləcək kifayət qədər azərbaycanlı gənclərimiz, kadrlarımız var.

Əzizə İsmayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 Dekabr 2024 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see200

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see187

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see178

Putinin “təhlükəsizlik” mesajının gizli tərəfləri: Kreml rəhbərinin əsl hədəfi kimlərdir? KONKRET

01 Sentyabr 2025 17:32see166

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see161

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see156

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see139

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see135

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see132

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see131

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see129

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see126

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see126

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see123

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see123

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see123

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see123

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see123

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see123

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri