Icma.az
close
up
RU
“Sehrli xalat” azərbaycanlı uşaqların təqdimatında Kanadada FOTOLAR

“Sehrli xalat” azərbaycanlı uşaqların təqdimatında Kanadada FOTOLAR

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Bu gün “Mənim Azərbaycanım” məktəbinin şagirdlərinin iştirakı ilə “Sehrli xalat” filminin motivləri əsasında hazırlanmış film-tamaşanın təqdimatı keçirilib.

Modern.az xəbər verir ki, Riçmond Hilldəki Cosmo Musicdə düzənlənən tədbiri giriş sözü ilə Azərbaycan Evinin direktoru Lalin Həsənova açıb.

O, qonaqlara Kanadadakı Azərbaycan Evinin nəzdində yaradılan “Mənim Azərbaycanım” məktəbi barədə məlumat verdi və cəmi 12 ay fəaliyyət göstərməsinə baxmayaraq sözügedən məktəbin şagirdlərinin dəfələrlə professional səhnələrdə cıxiş etdiyini vurğulayıb. Bunun birliyin, gərgin əməyin və professionallığın nəticəsi olduğunu qeyd edən L.Həsənova tamaşanın hazırlanmasında əməyi keçən komandanı səhnəyə dəvət edib. Daha sonra film-tamaşanın ssenari müəllifi, “Mənim Azərbaycanım” məktəbinin Azərbaycan dili və drama müəllimi Sevinc Quliyeva filmin araya-ərsəyə gəlməsi barədə danışıb. Filmin rejissoru Elçin Muxtarov tamaşada iştirak edən uşaqların istedadlı olduğunu və balacalarla işləməkdən zövq aldığını dilə gətirib.

Daha sonra filmin balaca aktyorları səhnədə yer aldılar. Balaca aktyorlara sertifikat və onları həvəsləndirmək üçün rəmzi olaraq “Oskar” mükafatı” verilib. Aktyorların təqdimatından sonra qonaqlar “Sehrli xalat” film-tamaşasını seyr ediblər.

Sonda tədbirin fəxri qonağı əməkdar elm xadimi, Humboldt mükafatı alan ilk azərbaycanlı professor Məsud Əfəndiyev çıxış edib. O, balaca aktyorların performansını bəyəndiyini bildirdi. Qeyd etdi ki, 60 il əvvəl sözügedən filmə baxıb. Professor adət-ənənələrimizin, milli musiqimizi və rəqslərimizin, hətta milli xörəklərimizin filmdə yer almasını xüsusi qeyd edib. M.Əfəndiyev filmdə qoyulan mövzuların bu günlə səsləşdiyini, xüsusilə də elmlə bağlı hissələrin qabardılmasını yüksək qiymətləndirdiyini vurğulayıb.

Sonda qonaqlar çay süfrəsi arxasında film-tamaşanı müzakirə ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Fevral 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see258

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see240

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see230

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see228

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see226

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see215

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see210

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see204

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see178

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see169

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see168

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see166

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see161

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see155

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see153

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see151

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see149

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri