Icma.az
close
up
RU
Kanadanın Azərbaycan icmasının üzvləri kimə səs verəcək?

Kanadanın Azərbaycan icmasının üzvləri kimə səs verəcək?

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Kanadada federal seçkilərə sayılı günlər qalıb. Seçkiyə az vaxt qalmış bir neçə gün səsvermə keçirilsə də, əhalinin böyük əksəriyyəti seçimini əsas seçki günündə – aprelin 28-də edəcək. Qlobal qeyri-müəyyənliklər, xüsusilə də ABŞ-nin tətbiq etdiyi tariflər fonunda bu seçkilər Kanadanın gələcək kursunu müəyyənləşdirmək baxımından həlledici sayılır.

Bu prosesdə müxtəlif icmaların, o cümlədən Azərbaycan icmasının hansı mövqe tutacağı da maraq doğurur. Azərbaycan icmasının üzvləri kimə səs verəcək? Bu sualla icmamızın bir neçə fəal üzvünə müraciət etdik.

“İndiki halda liderlik amili çox vacibdir”

Vaterlo Universitetinin riyaziyyat üzrə professoru, Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının prezidenti İlham Axundov düşünür ki, seçki zamanı fərdi və ictimai maraqların balansı vacibdir: “Hər birimizin seçkilərdə fərqli prioritetləri ola bilər – iqtisadiyyat, xarici siyasət, sosial ədalət və s. Amma Azərbaycan icmasının bir üzvü kimi düşünürəm ki, bu prosesdə bizim üçün təkcə şəxsi maraqlar deyil, həm də kollektiv məsuliyyət ön planda olmalıdır. Bu səbəbdən, partiya mənsubiyyətindən asılı olmayaraq, indiyədək Azərbaycan icmasına yaxınlıq göstərmiş, bizə anlayışla yanaşmış namizədləri dəstəkləməyin vacibliyinə inanıram”.

İ.Axundov indiyədək həm özünün, həm də yaxın çevrəsinin tarixən Liberal Partiyasını dəstəklədiyini bildirdi: “Xüsusilə keçmiş baş nazir Paul Martinin dövründə Azərbaycan icmasına qarşı göstərilən isti münasibəti unutmuram. O, bizi ofisində qəbul etmiş, problemlərimizi dinləmiş və real dəstək vermişdi. Bu münasibət icmamızın Kanada cəmiyyətinə inteqrasiyasına və nüfuzunun artmasına ciddi töhfə vermişdi. Təəssüf ki, bu müsbət münasibət uzun sürmədi. Stefen Harper rəhbərliyində Konservativ hökumət dövründə Azərbaycan icmasına olan diqqət azaldı. Ədalətsiz qərarlar və rəsmi səviyyədə laqeydlik hökumət və icmamız arasında məsafə yaratdı. Liberallar yenidən hakimiyyətə qayıtdıqda müəyyən ümidlər yaranmışdı. Ancaq Castin Trudo rəhbərliyi dövründə bu ümidlər, təəssüf ki, doğrulmadı”.

Hazırda Kanadanın böyük dəyişikliklər qarşısında olduğunu deyən müsahibimizin fikrincə, iqtisadi çətinliklər, beynəlxalq qeyri-müəyyənliklər və ABŞ-la münasibətlərin yeni mərhələyə qədəm qoyması liderlik amilini daha çox ön plana çıxarır: “Bu şəraitdə mən artıq sadəcə vədlərə deyil, o vədləri reallaşdıra biləcək liderlərin təcrübəsinə, baxışlarına və iradəsinə önəm verirəm. Bu baxımdan, Mark Karney mənim diqqətimi çəkən namizəddir. O, siyasətdə yeni bir sima olsa da və hələlik seçkili vəzifə tutmasa da, onun təhsili və nüfuzlu qurumlarda qazandığı təcrübəsi, peşəkar idarəetmə bacarığı və qlobal strateji baxışı bu çatışmazlığı ciddi şəkildə kompensasiya edir”.

“Karney müəyyən konservativ dəyərlərə hörmətlə yanaşır”

Ötən seçkilərdə konservatorlara səs verdiyini deyən First Nations Universitetinin professoru Arzu Sərdarlı da seçkilərdə liberalların namizədini dəstəkləyəcək: “İndi beynəlxalq vəziyyət və Kanadanın qarşılaşdığı problemlər dəyisib. Mənə elə gəlir ki, liberalların komandası Kanadanın qarşılaşdığı hazırkı problemləri həll etmək üçün daha real proqrama malikdir. Mark Karney də digər partiyaların liderlərinə nisbətən daha yüksək peşəkarlıq və strateji düsünmə qabiliyyəti nümayiş etdirir. Bundan əlavə, bizim dairədən liberalların namizədi etnik ukraynalıdır və mənim bu xalqa xüsusi münasibətim var. Çox güman ki, bizim bütün ailə üzvlərimiz bu seçkilərdə liberalları dəstəkləyəcək”.

Mark Karneyin Harper hökuməti ilə əməkdaşlıq etdiyini xatırladan professor bunu da nəzərə almağın vacibliyini qeyd etdi: “Yəni Karney müəyyən konservativ dəyərlərə də hörmətlə yanaşır. Ümumiyyətlə, mən onu daha çox mərkəzçi hesab edirəm və düşünürəm ki, o əvvəlki liberal hökumətlərin etdiyi səhvlərdən uzaqlaşmağa qadirdir. Onun baş nazir kimi atdığı bəzi addımlar da mənə bunu söyləməyə imkan verir”.

“Uzunmüddətli iqtidar zaman keçdikcə korrupsiyaya məruz qalır”

Nüvə enerjisi şirkətində layihə rəhbəri kimi çalışan Ceyhun Əşrəfov konservativlərə səs verməyi düşünür. Deyir ki, bu, konservativləri sevdiyi üçün deyil, liberalların dəyişməyini istədiyi üçündür: “Səbəblərim sadədir. Birincisi, uzunmüddətli iqtidar zaman keçdikcə korrupsiyaya məruz qalır və siyasi iqtidar xalqdan qoparaq güc mərkəzlərinin əlinə keçir. İkinci səbəbim, liberalların yetərsiz infrastrukturla immiqrasiyada açıq qapı siyasəti aparması və Kanada vətəndaşlarının həyat standartını aşağı çəkməkləridir. Üçüncüsü isə, böyük şəhərlərdə baş alıb gedən cinayət, qanunsuzluq və s. kimi sosial məsələlərə dair liberalların planlarının olmamasıdır. Bütün bunlar konservativlərə səs verməyimə əsas verir”.

“Poliyevri ermənipərəst mövqeyinə görə xoşlamıram”

YYZ Elektrik şirkətinin rəhbəri Elxan Cəfərov seçkidə namizədliyini irəli sürən partiya liderlərinin debatlarına baxdığını və bu debatların da onun seçimində mühüm rol oynadığını dedi: “Görünən odur ki, Pier Poilyevr yalnız kritika ilə gündəmə gəlmək, önə keçmək istəyir. Mühafizəkarlar, Liberalların təklif etdiyi fikirləri, problemlərin uzunmüddətli həlli yollarını tənqid etməklə məşğuldurlar. Partiya adından özləri elə bir ciddi təkliflər irəli sürmürlər, ölkədəki mövcud problemləri həll etmək üçün uzunmüddətli planları yoxdur”.

E.Cəfərovun firkincə, Karney hakimiyyətə gələndən planlarını açıqlayır və açıqlamalarından dəyişikliklər etmək istədiyi görünür: “Karbon vergisini ləğv etməsi də problemlərə çözüm axtarmasının və bunu real olaraq həyata keçirməsinin sübutudur. Bununla Karney, konservativlərdən əllərində bayraq etdikləri əsas kartlarını aldı. Karneyin atdığı addımlardan görünür ki, bu adam siyasi rəhbər kimi ölkə, dövlət səviyyəsində Poilyevrdən daha cəlbedicidir”.

Bundan başqa, müsahibimiz, Poilyevri ermənipərəst mövqeyinə görə xoşlamır və Azərbaycan icmasının bir üzvü olaraq onun seçilməsinə neqativ yanaşır: “Sosial mediadakı paylaşımlarından görünür ki, ofisində ermənipərəstlər var və dərin təhlilə, araşdırmaya ehtiyac duymadan paylaşım edirlər. Bu, o deməkdir ki, Poilyevr ətrafına populist adamları yığıb və seçiləcəkləri təqdirdə, ölkəni bu cür idarə edəcəklər”.

E.Cəfərov, Castin Trudonun liberalların əsas zəif nöqtəsi olduğunu və seçki öncəsi ağıllı addım ataraq ondan qurtulmalarını təqdirəlayiq hesab edir.

“Liberallar aşağı və orta sinfi, mühafizəkarlar iş adamlarını qoruyur”

2018-ci ildən Ontarionun konservativlər tərəfindən idarə edildiyini xatırladan E.Cəfərovun sözlərinə görə, sözügedən əyalətdə ildən-ilə mənfi tərəfə dəyişikliklər olub: “Heç uzağa getmədən bir misal çəkim. Ailə dostumuz olan xanımda ürək çatışmazlığı var, əvvəllər bunu pulsuz müalicə etdirirdilər, Daq Ford Ontario hökumətinə gələndən sonra o proqramı ləğv etdi və nəticədə imkan xaricində olsa da, həmin ailə öz hesabına müalicə almalıdır. Bundan başqa, Daq Fordun gələn kimi Ontario Tələbələrə Yardım Proqramını (OSAP) kəsdiyini unutmamışıq”.

E.Cəfərov deyir ki, uşaq müavinətləri və aşağı və orta sinfin maraqlarını nəzərə alan digər proqramlar məhz liberallar tərəfindən genişləndirilib və yeni gələn immiqrantlar olaraq onların nəticəsini görmüşük. O, hesab edir ki, liberallar yeni gələn immiqrantlara daha yaxındır: “Buna görə də səsimi liberallara verəcəyəm. Düşünürəm ki, növbəti 4 il üçün onlar daha etibarlıdır. Ondan sonrakı federal seçkilərdə səsimizi kimə verəcəyimiz vəziyyətimizin hansı yönə dəyişəcəyindən asılıdır. Əgər o vaxta kimi böyük biznes sahibi olsaq, əlbəttə ki, konservativlərə səs verəcəyik. Onlar aşağı və orta sinifdən çox iş adamlarını qoruyurlar”.

Lalə Musaqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Aprel 2025 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see159

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri