Kanar adalarına keçməyə cəhd edən 80 dən çox qambiyalı miqrant öldü
Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qambiyadan Kanar adalarına qayıqla keçməyə cəhd edən aralarında bir körpənin də olduğu 80-dən çox miqrant həlak olub.
Gəmi avqustun əvvəlində Qambiyadan yola düşüb və 26 gün dənizdə qalıb. Onun göyərtəsində təxminən 128 nəfər olub.
Qayıq sentyabrın 2-si axşam saatlarında Qran-Kanariya adasından təxminən 120 km aralıda aşkarlanıb. Xilasedicilər gəlib çatanda göyərtədə sağ qalmış 44 nəfər və 5 nəfərin meyiti var idi.
Çətin hava şəraiti və sağ qalanlara təcili yardım göstərmək zərurəti səbəbindən xilasedicilər meyitləri qayıqda qoymağa məcbur olublar.
Kritik vəziyyətdə olan 3 miqrant helikopterlə Las-Palmas-de-Qran-Kanariya xəstəxanalarına təxliyə edilib. Ümumilikdə susuzluq, oriyentasiyanın pozulması və dəniz suyunun içilməsi ilə bağlı simptomlarla altı nəfər xəstəxanaya yerləşdirilib.
İlkin məlumatlara görə, sağ qalanlar Qambiya və Mali vətəndaşlarıdır.
Sağ qalanlar həmçinin Qırmızı Xaç nümayəndələrinə bildiriblər ki, yolun əvvəlində göyərtədə 100-dən çox adam olub və onların çoxu səfər zamanı həlak olub.
///report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 03 Sentyabr 2026 18:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















