Icma.az
close
up
RU
Kandido: “Sanki yarışa axırıncı yerdən başlamışıq”

Kandido: “Sanki yarışa axırıncı yerdən başlamışıq”

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Misli Premyer Liqasının III turunda keçirilən “Sumqayıt” – “Qarabağ” (0:1) matçından sonra meydan sahiblərinin baş məşqçisi Filipe Kandido mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis ilk növbədə oyun haqqında təəssüratlarını bölüşdü:

– Nəticədən narazıyam, məğlub olduq, lakin deməliyəm ki, 11 nəfərlə oynadığımız müddətdə komanda yaxşı futbol sərgiləyirdi. Kadi Borgesin qırmızı vərəqə almasından sonra da epizodlarımız oldu, hətta “Qarabağ” da fərdi keyfiyyətlər hesabına şanslar yaratdı. Bura gəldiyim ilk günlə indiki vəziyyəti müqayisə edəndə oyun planında irəliləyiş görürəm. İkinci hissədə komanda cəsarət göstərdi, irəlidə pressinq etdi və qol imkanları yaratdı, sadəcə onları dəyərləndirə bilmədik. Baş məşqçi kimi ən vacib odur ki, kollektiv oyundan-oyuna inkişaf etsin.

Kandido ardınca jurnalistlərin suallarını cavablandırdı:

– Komanda ilk matçlarla müqayisədə daha döyüşkən təsir bağışladı. İstədiyiniz “Sumqayıt”ı nə vaxt görəcəyik?

– Vaxt barədə danışmağı sevmirəm. Məsələn, bir və ya iki ay sonra demək düzgün olmaz. “Formula 1” ilə müqayisə etsək, biz sanki yarışa axırıncı yerdən başlamışıq, lakin əminəm ki, mövsümün sonuna qədər hər rəqiblə mübarizə aparan, “Qarabağ” kimi güclü komandalarla qarşılaşmada yaxşı oyun və qələbə göstərə bilən bir kollektiv quracağıq. Mövsüm ərzində bunu hər kəs görəcək.

– Heyətdə qıtlıq hiss olunur. Masaki Murata komanda ilə məşq etməsinə baxmayaraq, niyə iştirak ərizəsində yoxdur?

– Hazırda komandanın formalaşma dövrüdür və transfer pəncərəsinin bağlanmasına az qalıb, dəyişikliklər olacaq. Fərqli xarakteristikaya malik oyunçular axtarırıq. Həmçinin 12 legioner limiti var və risk edib kimisə dərhal siyahıya salıb sonra dəyişmək kimi bir lüksümüz yoxdur. Transfer dövrü bağlandıqdan sonra tam oturuşmuş heyəti meydanda görəcəksiniz.

– Rəhbərlik qarşınıza hansı hədəfi qoyub?

– Əlbəttə, məşqçi kimi hər oyunda qalib gəlmək istəyirəm. Rəhbərliklə ilk görüşdən əsas müzakirəmiz ötən illə müqayisədə daha yaxşı nəticə əldə etmək olub. Konkret olaraq çempionluq və ya avrokubok hədəfi qoyulmayıb, lakin pillə-pillə inkişaf edən, gələcək üçün güclü bir komanda qurmağı hədəfləmişik.

Ayxan Zayıdzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 31 Avqust 2026 23:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see479

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see368

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see316

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see304

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see267

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see263

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see258

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see258

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see248

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see238

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see233

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see229

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see225

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see220

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see213

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see211

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see202

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see201

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see198

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri