Icma.az
close
up
RU
Kapital Bank mükafata layiq görüldü: “Ən yaxşı kommersiya bankı 2025”

Kapital Bank mükafata layiq görüldü: “Ən yaxşı kommersiya bankı 2025”

Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kapital Bank kommersiya bankçılığı sahəsindəki uğurları və innovativ yanaşması ilə daha bir beynəlxalq mükafata layiq görülüb.

AZXEBER.COM xəbər verir ki, bank, nüfuzlu "International Investor” jurnalı tərəfindən "Ən yaxşı kommersiya bankı 2025” ("Best Commercial Bank Azerbaijan 2025”) nominasiyası üzrə qalib elan edilib. Bu mükafat Kapital Bank-ın kommersiya bankçılığı sahəsində göstərdiyi yüksək performansın, müştəri yönümlü yanaşmanın və dayanıqlı böyümənin beynəlxalq səviyyədə növbəti təsdiqidir.

Böyük Britaniyada nəşr olunan "International Investor” jurnalı maliyyə sektorunda innovasiya, liderlik və qabaqcıl təcrübələri ilə seçilən qurumları təqdim edən qlobal platformadır. Kapital Bank-ın bu mükafata layiq görülməsi onun kommersiya bankçılığı sahəsindəki strateji inkişafını və müştəri portfelinə dəyər qatan məhsul və xidmətlərini beynəlxalq səviyyədə tanıdır.

Hazırda Kapital Bank 5 milyondan çox müştəriyə xidmət göstərir. Bankın kommersiya bankçılığı üzrə portfeli sürətlə böyüməkdədir. 46 460 hüquqi şəxs və 221 538 fərdi sahibkar Kapital Bank-ın çevik və rəqəmsal həllərindən aktiv şəkildə faydalanır. 3 milyondan çox aktiv Birbank mobil tətbiqi istifadəçisi ilə Kapital Bank müştərilərinə yaratdığı rəqəmsal həllərlə də ön sıradadır və bazarda lider mövqeyini qoruyur.

Kommersiya müştərilərinə təqdim olunan fərdi yanaşma, məhsul dizaynında çeviklik və risklərin effektiv idarə olunması Kapital Bank-ın bu sahədə üstünlüyünü müəyyənləşdirən əsas faktorlardır. Bank kiçik və orta bizneslər üçün əlçatan maliyyə həllərindən tutmuş, iri korporasiyalar üçün optimallaşdırılmış xidmət modellərinədək geniş spektrdə xidmətlər təklif edir.

Bununla yanaşı, Kapital Bank yalnız maliyyə göstəriciləri ilə deyil, sosial məsuliyyət sahəsindəki təşəbbüsləri ilə də fərqlənir. Xüsusilə təhsilin inkişafına yönələn layihələr, tələbələr üçün yaradılan fürsətlər və cəmiyyətin rifahına töhfə verən sosial proqramlar Kapital Bank-ın dəyərlərinin ayrılmaz hissəsidir.

Qeyd edək ki, cari ildə Kapital Bank "International Investor” tərəfindən "Best Private Banking Azerbaijan” mükafatına da layiq görülüb. Bu iki nüfuzlu beynəlxalq tanınma bankın həm kütləvi, həm də fərdi müştərilər üzrə yüksək xidmət standartlarını və geniş strateji baxışını bir daha təsdiqləyir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 20 May 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransa klubunun qapıçısını 20 ilədək həbs gözləyir

04 Oktyabr 2025 04:23see152

ABB və “Azər Türk Bank”la bağlı FƏRMAN

04 Oktyabr 2025 11:57see143

Yeni dövrün manifesti: İlham Əliyevin BMT tribunasından sülh, qələbə və ədalət çağırışı

04 Oktyabr 2025 10:56see142

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see141

Yaponiya hakim partiyanın yeni sədrini seçəcək

04 Oktyabr 2025 05:22see133

Bu kimi nailiyyətlər gələcək qələbələr üçün möhkəm zəmin yaradır Rövşən Nəcəf

04 Oktyabr 2025 20:35see133

Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”a qarşı

04 Oktyabr 2025 09:45see133

Qan şəkərini tarazlayan təbii qidalar Şəkərə qarşı təsirli üsul

04 Oktyabr 2025 05:06see133

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

04 Oktyabr 2025 07:07see131

AXINA QARŞI BİR ÖMÜR SEYİD ƏZİM OLMAQ

04 Oktyabr 2025 10:31see131

Tiflisdə 3 nəfərlik ailə 22 ci mərtəbədən yıxılaraq ölüb

04 Oktyabr 2025 15:34see130

Ən faydalı turşu

04 Oktyabr 2025 10:00see130

Atam ağlayırdı, anam keyimişdi, mən isə qəh qəhə atıram

04 Oktyabr 2025 14:52see128

Oktyabrda varlanmaq üçün 3 BÜRCƏ məsləhət: Bunları edin

05 Oktyabr 2025 09:11see124

Mohave səhrasında naməlum təyyarə görənləri heyrətləndirdi

05 Oktyabr 2025 02:32see122

ABŞ və İsrail İrana hücum edəcəklərini deməklə... Nəsirzadə

05 Oktyabr 2025 01:39see122

Gürcüstanın ABŞ dakı səfiri Dövlət Departamentinə çağırılıb

04 Oktyabr 2025 21:13see121

Kulevi terminalı genişləndirilir

05 Oktyabr 2025 10:39see120

Yurdumuzun geotermal enerji potensialı

04 Oktyabr 2025 10:08see120

Teslanın robotu Optimusa kunq fu öyrətdilər VİDEO

05 Oktyabr 2025 05:12see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri