Icma.az
close
up
RU
Kapital Bank rekord göstərici ilə 4 qızıl “Felis” mükafatı qazandı

Kapital Bank rekord göstərici ilə 4 qızıl “Felis” mükafatı qazandı

Modern.az-dan alınan məlumatlara görə, Icma.az xəbər verir Kapital Bank rekord göstərici ilə 4 qızıl “Felis” mükafatı qazandı.

Ölkənin birinci bankı "Kapital Bank" Türkiyənin nüfuzlu “Felis” mükafatına layiq görülüb.

Modern.az xəbər verir ki, “Felis” hər il Türkiyə və Azərbaycan reklam bazarında yaradıcı yanaşma ilə seçilən və fərq yaradan layihələrə təqdim edilir. Bu il kreativliyi və uğuru ilə fərqlənənlər sırasında "Kapital Bank" komandasının həyata keçirdiyi 4 layihə də var.  

“Digital & Mobile” (“Rəqəmsal və Mobil”) bölməsində “SMM və Digital Campaign” (“Sosial media marketinq və rəqəmsal kampaniya”) kateqoriyasında qızıl “Felis”i Qırmızı Ürəklər Fondunun həyata keçirdiyi “Türkiyə üçün bir ürək olaq” layihəsi qazanıb. Xatırladaq ki, Fond 2023-cü ilin fevral ayında Türkiyənin müxtəlif bölgələrində insan təlafatı ilə nəticələnən zəlzələ zamanı ianə aksiyası başlatmış və qısa zamanda 750 000 manat toplayaraq qardaş ölkəyə göndərmişdi. 

"Kapital Bank"ın 28 May Müstəqillik Günü münasibəti ilə “TikTok” sosial şəbəkəsi üçün hazırladığı “Cümhuriyyətin İzi” adlı filter cari ilin seçilən ideyalarından biri olub. Ümumilikdə 50 000 istifadəçinin video çəkərək paylaşdığı və həmin videoların 30 milyondan çox baxış yığdığı layihə rekord göstərici ilə “User participation” (“İstifadəçi aktivliyi”) və “Use of Technology” (“Texnologiyadan istifadə”) kateqoriyalarında 2 “Felis” qazanıb. 

Bankın “Ağıllı nağıllar” reklam agentliyi ilə birgə hazırladığı “Birbank x Paster” video çarxı qısa müddətdə izləyicilər tərəfindən çox sevildi və yerli bazarda fərq yarada bildi. Nəticədə layihə “Design & Branding” (“Dizayn və Brendinq”) bölməsində “Moving Image Design” (“Hərəkətli foto dizayn”) kateqoriyasında qalib olub. 

Bu mükafatlar "Kapital Bank"ın reklam və marketinq sahəsində də innovasiyalar yaradaraq kreativ liderliyini bir daha təsdiqləyir. 

Ölkənin birinci bankı olan "Kapital Bank" PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://modern.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR işçilərinə şad xəbər! Əməkhaqqı və mükafatlarla bağlı yeni dəyişikliklər FOTO

11 Fevral 2025 23:42see4584

Soyuq duş stresə qarşı müqaviməti inkişaf etdirir və...

11 Fevral 2025 22:05see138

Netanyahu HƏMAS a xəbərdarlıq edib

11 Fevral 2025 21:59see134

Qərbi Azərbaycan Xronikası: Altuntaxt, Alxan pəyəsi, Alçalı, Alçalıq Türk tarixinin izi

11 Fevral 2025 23:13see132

Qurban Qurbanov: Boşluqlardan düzgün istifadə etdik

11 Fevral 2025 22:10see130

Ənvər İbrahim Ərdoğana təşəkkür etdi

12 Fevral 2025 08:27see124

Ukrayna ordusu bu ərazidə mühasirəyə düşdü

12 Fevral 2025 00:04see123

Netanyahu nazirlərə qadağa qoyub: Atəşkəs və əsir mübadiləsindən kimsə danışmasın

12 Fevral 2025 00:16see122

Rusiyanın məşhur aparıcısı iflic olub

12 Fevral 2025 01:10see121

Sağlam marmeladı necə seçmək olar?

11 Fevral 2025 23:46see121

Bu gün hansı bürcün bəxti gətirəcək?

12 Fevral 2025 08:34see120

Şuşa abadlaşdırma ilə əlaqədar 361 min xərclənəcək

12 Fevral 2025 08:27see119

Tramp hökumət işçilərinin sayını azaldır, konsulluqları bağlayır

12 Fevral 2025 08:39see118

Münahisə etdiyi arvadını belə ÖLDÜRDÜ

12 Fevral 2025 16:50see117

Küçə musiqiçisi reper P.Diddini zorlamaqda ittiham edib

12 Fevral 2025 07:20see115

Rus evi nin bağlanması mesajdır? AÇIQLAMA

12 Fevral 2025 14:13see113

Suriya Rusiya və İrandan müsbət siqnallar aldığını açıqlayıb

12 Fevral 2025 15:54see110

ABŞ Energetika Nazirliyi Rusiya neft sənayesinə qarşı sanksiyaların nəticələrini açıqlayıb

12 Fevral 2025 07:54see110

“Bağdan”ın tomat pastaları kiflənib Foto

12 Fevral 2025 13:47see109

Elon Maskın oğlu Trampla mətbuat konfransında iştirakçılardan birinə sus deyib Video

12 Fevral 2025 18:48see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri