Icma.az
close
up
RU
Kapital Bankdan istifadəçilərinə çağırış

Kapital Bankdan istifadəçilərinə çağırış

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rəqəmsal texnologiyaların həyatın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə kiberdələduzluq da paralel olaraq sürətlə artır. Kapital Bank kiberdələduzluq hallarının qarşısının alınması istiqamətində mütəmadi olaraq həyata keçirdiyi monitorinqlərə əsaslanaraq istifadəçiləri diqqətli olmağa çağırır. Belə ki, son araşdırmalar zamanı Birbank mobil tətbiqinin istifadə olunduğu 12 000-dən çox virusa yoluxmuş cihaz müəyyən edilib və qabaqlayıcı tədbirlər nəticəsində onların hamısı potensial risklərdən azad edilib.

Qeyd edək ki, bank yalnız hadisələrə reaksiya verməklə kifayətlənmir, eyni zamanda kiber dələduzluğun qarşısını almaq üçün qabaqlayıcı tədbirlər tətbiq edir. Belə ki, Kapital Bank-ın təhlükəsizlik infrastrukturunun əsasını süni intellekt əsaslı texnologiyalar təşkil edir. Bu sistemlər vasitəsilə bank əməliyyatları 24/7 rejimində izlənilir, şübhəli fəaliyyətlər müəyyən edildikdə dərhal müdaxilələr həyata keçirilir.

Bütün bunlara baxmayaraq kiberdələduzluqla mübarizədə banklar və müştərilər birlikdə addımlamalıdırlar. Lisenziyasız, yəni pirat proqram təminatlarından istifadə ciddi təhlükəsizlik riskləri yaradır. Bu cür proqramlar vasitəsilə çox zaman cihazlara “backdoor” adlanan gizli və zərərli kodlar əlavə oluna bilər. Bu “backdoor”lar kiber cinayətkarlara istifadəçinin cihazına gizli şəkildə daxil olmaq imkanı verir. Nəticədə şəxsi məlumatların üçüncü şəxslərin əlinə keçməsi real təhlükəyə çevrilir. Xüsusilə “Android” istifadəçiləri üçün “Play Store”dən kənar yüklənən tətbiqlər, o cümlədən modifikasiya olunmuş “WhatsApp Plus”, “Instagram Plus” və müxtəlif oyun proqramlarının “APK” faylları ciddi təhlükə yaradır. Həmçinin, bank kartları ilə onlayn alış-veriş edərkən ictimai Wi-Fi şəbəkələrindən istifadə etmək tövsiyə edilmir.

Bu səbəbdən Kapital Bank olaraq bir daha müştərilərimizdən diqqətli olmalarını şəxsi məlumatlarını: kartın üzərindəki CVV/CVC kodu, sms vasitəsilə göndərilən 4 rəqəmli OTP kodu, kartın PIN kodunu, şəxsiyyət vəsiqəsinin FİN nömrəsini üçüncü şəxslərə verməməyi, banklar adına hazırlanan və göndərilən qeyri-peşəkar videolara və reklam mətnlərinə inanmamağı xahiş edirik.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Aprel 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see386

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see242

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see240

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see223

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see222

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see220

Antibiotiklərin özbaşına qəbulu ciddi fəsadlara səbəb ola bilər PULMONOLOQ

18 Sentyabr 2026 12:46see218

Qıdıqlama hansı hallarda təhlükəlidir? Həkim AÇIQLADI

18 Sentyabr 2026 08:42see218

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL ın təyyarələrində səsləndiriləcək

18 Sentyabr 2026 17:49see217

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see217

Payızda dəriyə qulluq necə edilməlidir?

18 Sentyabr 2026 11:25see212

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see211

Evdə ayaqyalın gəzmək faydalıdır? Həkimdən cavab

18 Sentyabr 2026 14:03see205

Türk dövlətləri ailəsi dünyada yeni güc mərkəzidir

18 Sentyabr 2026 17:19see199

Paşinyan Almaniyaya biznes jetlə uçdu Təyyarə hakimiyyətə yaxın iş adamına bağlıdır

18 Sentyabr 2026 23:14see196

Əhliman Əmiraslanovun sədrliyi ilə Səhiyyə komitəsinin ilk iclası keçirildi FOTOLAR

18 Sentyabr 2026 10:36see195

Əməkdar artist Sevda Məmmədzadə vəfat edib

18 Sentyabr 2026 21:00see193

Ayağı sınan idmançı bir il sonra çempion oldu Reablitasiya möcüzəsi VİDEO

18 Sentyabr 2026 18:11see190

Ürək xəstəliyi olanlara kartof makaron qadağandır Kardioloq

18 Sentyabr 2026 18:20see187

Alzheimer özünü belə göstərir: Yaddaş itkisindən əvvəl 4 siqnal

18 Sentyabr 2026 17:51see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri