Icma.az
close
up
RU
KAPİTAN NİYƏ SƏRNİŞİNLƏRİ ÖN TƏRƏFƏ ÇAĞIRIB? Pilotlar ölümə doğru getdiklərini anladıqda ... AzPolitika onlayn siyasiictimai qəzet

KAPİTAN NİYƏ SƏRNİŞİNLƏRİ ÖN TƏRƏFƏ ÇAĞIRIB? Pilotlar ölümə doğru getdiklərini anladıqda ... AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova AZAL-təyyarəsinin qəzaya uğraması ilə bağlı maraqlı məqamlara toxunub.

"AzPolitika" xəbər verir ki, o, İnstaqram səhifəsində təyyarədən sağ çıxanlardan biri ilə etdiyi telefon danışığını paylaşıb.

Paylaşımda qəza ərəfəsində təyyarədə baş verənlərə, uçuşa icazə verilməməsi məsələlərinə, pilot və bələdçilərin davranışlarının səbəblərinə aydınlıq gətirilib: “Bakı-Qroznı reysini həyata keçirən təyyarə Aktau limanı ətrafında qəza edəndən sonra sosial mediada bir çox video və səs yazıları yayılıb. İlk olaraq, bildirmək istəyirəm ki, çöldən edilən müdaxilədən sonra təyyarədən SOS siqnalı verilir və bu siqnal yaxınlıqdakı aeroportlara çatdırılır. Hadisə Rusiya ərazisində baş verdiyi üçün siqnal da Rusiya ərazisindəki aeroportlara göndərilir. Maraqlıdır ki, bu siqnal qəbul edilsə də, təyyarənin enişi baş tutmayıb. Bu sualın cavabı hələlik bilinmir və yaxın günlərdə aydınlaşacaq.

İkinci bir məsələ – bələdçinin sərnişinlərə “qabağa gəlin” deyildiyi eşidilir və bu, insanlarda çaşqınlıq yaradıb. Bəziləri düşünür ki, təlimat düzgün verilməyib. Nəzərə alın ki, təyyarə havada bir saat yarım qalıb və bu müddətdə müxtəlif vəziyyətlər yaranıb. Pilotun tapşırığı ilə bələdçinin səsləndirdiyi bu ifadə, böyük ehtimalla, həmin anda həyata keçirməyi planlaşdırdığı konkret plana bağlı olub. Belə başa düşülür ki, pilot onu qəbul edəcək aeraport üçün hazırlaşırmış. Çünki məcburi eniş zamanı ən önəmli addımlardan biri, sərnişinlərin qabaq qapıya gəlmələridir. Təcili eniş zamanı təyyarənin təkərləri açılmaya bilər və ya sürtünmədən partlayış baş verə bilər. Buna görə pilotun tapşırığı ilə bələdçi sərnişinləri qapıya doğru yönləndirib”.

O, təyyarənin havada çox dövrə etməsi məsələsinə toxunaraq, pilotun bu addımla benzini bitirməyi hədəfləmiş ola biləcəyini qeyd edib: “Vaxtilə AZAL-da stüardessa işləmiş xanım söylədi ki, pilot və bələdçilər ekstremal vəziyyətlər üçün yüksək təlimlidirlər. O qeyd etdi ki, pilotlar ölümə doğru getdiklərini anladıqda bunu ilk olaraq bələdçiyə bildirirlər. Hökumə xanım, bu dəhşətli anı bilə-bilə sərnişinlərə sakit qalmağı və hər şeyin yaxşı olacağını deyir. Bu, insanlığın, peşəkarlığın və mənəvi gücün ən böyük nümunəsidir. Belə hadisələr zamanı bilmədiyimiz çox məqamlar olur. Ona görə də heç kimi mühakimə etməməli, daha çox həqiqəti anlamağa çalışmalıyıq”.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL-a məxsus təyyarə Aktau yaxınlığında qəzaya uğrayıb. Son məlumata görə, qəzada 38 nəfər ölüb, o cümlədən hər iki pilot həlak olub, 29 nəfər sağ qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 27 Dekabr 2024 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri