“Karaca“ mağazası ilə bağlı daha bir QALMAQAL:“Xahiş edirik səs salmayın, işdən çıxarılarıq”
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Moderator.az-ın qaynar xəttinə “Karaca” mağazası ilə bağlı daha bir istehlakçı şikayəti daxil olub.
Şikayəti təqdim edən Fəqan İsmayılov bildirib ki, 09 noyabr 2025-ci il tarixində, təxminən 20:40 radələrində Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi 80D ünvanında yerləşən “Evfemiya” mağazasından (Karaca brendi) məişət avadanlıqları və qab-qacaq almaq üçün ailə üzvlərini göndərib.
Onun sözlərinə görə, seçim edildikdən sonra ödənişin post terminal vasitəsilə aparılması istənilib. Lakin mağaza əməkdaşları 931 manat məbləğin yalnız nağd və ya “kartdan-karta” köçürmə ilə qəbul ediləcəyini bildiriblər.
Ailə üzvləri bu barədə Fəqan İsmayılova məlumat verdikdən sonra o, mağazada çalışan Fərid adlı şəxslə telefon danışığı aparıb. Həmin şəxs “narahatçılıq yoxdur, qəbz sabah göndəriləcək” deyərək onu inandırıb və kart nömrəsi təqdim edib. Nəticədə 931 manat məbləğində pul köçürülüb.
Şikayətçi qeyd edir ki, bundan sonra 15–20 gün ərzində dəfələrlə qəbz tələb olunsa da, mağaza əməkdaşları “xahiş edirik səs salmayın, işdən çıxarılarıq” kimi cavablar veriblər. Bir müddət sonra alınan avadanlıqda texniki problem yarandığı üçün məhsul mağazaya qaytarılıb, lakin bu dəfə də pulun geri qaytarılması yubadılıb.
Təxminən 2 ay ərzində “bu gün-sabah veriləcək” deyə vəd edilsə də, heç bir nəticə olmayıb. Bundan sonra Fəqan İsmayılov VÖEN-i vasitəsilə onlayn kargüzarlıq sistemi üzərindən mağazanın VÖEN-inə rəsmi müraciət edərək rəhbərlikdən əlaqə saxlanılmasını tələb edib.
Onun sözlərinə görə, təxminən 1 həftə sonra mağazanın rəhbəri Gəncəli İsmayılov zəng edərək məsələ ilə tanış olub və bir həftə sonra pulu götürə biləcəyini bildirib. Lakin mağazaya getdikdə ona kassada bir sıra sənəd və kağızlara imza atmadığı halda pulun qaytarılmayacağı deyilib.
“Mən heç bir yerə imza atmayacağımı, qəbzimi və pulumu geri istədiyimi bildirdim. Kassada olan işçilər mühasibatlıqla əlaqə saxladılar və onlar da imzanın vacib olduğunu təsdiqlədilər. Qəbz və pul verilmədən mağazanı tərk etdim”, – deyə şikayətçi vurğulayıb.
Hazırda Fəqan İsmayılov məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi şikayət edib və cavab gözləyir.
Şikayətin sonunda o qeyd edir ki, “Karaca” mağazaları ilə bağlı bu tip problemlər davamlı xarakter alıb və bu, təkcə sıravi işçilərin deyil, rəhbərliyin də istehlakçıya yanaşma tərzindən xəbər verir.
Moderator.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 15 Yanvar 2026 19:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















