Karate üzrə millimizin baş məşqçisi: Qurban Qurbanova heykəl qoymaq lazımdır!
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ağdamın “Qarabağ" klubunun Çempionlar Liqasının ümumi mərhələsinin ilk turunda səfərdə “Benfika” üzərində 3:2 hesablı tarixi qələbə qazanması təkcə futbolsevərlərdə deyil, digər idman növlərini sevənlərdə də xoş təəssürat yaradıb.
Bu sözləri karate üzrə Azərbaycan milli komandasının baş məşqçisi Şahin Atamov dünənki oyundan sonra İdman.biz-ə müsahibəsində deyib.
"Söz tapmaq olmur - emosiyalar dolub-daşır! Əlimdə olsaydı, Qurban Qurbanova heykəl qoyardım. "Qarabağ"ın dünən gecə etdiklərini ifadə etmək çətindir. Ağdamlıların qələbəsi bir yana, heç-heçəyə inananlar az idi. Amma bunu bacardılar! Məşqçi kimi Qurban Qurbanov və onun metodları istənilən idman növü üçün sadəcə etalondur", - deyə Atamov bildirib.
Baş məşqçi karateçilərin hazırlığı və komandanın gələcək planlarından da danışıb.
"Hazırda biz çox ciddi yarışlara intensiv hazırlaşırıq və bu cür müsbət emosiyalar karateçilərimizi yalnız motivasiya edir. Qarşıda bizi MDB Oyunları, Dünya Çempionatının seçmə turniri, sonra İslam Oyunları və nəhayət noyabrın sonunda Misirdə keçiriləcək Dünya Çempionatı gözləyir. Ümid edirəm ki, karateçilərimiz dünya arenalarında futbolçularımızdan zəif çıxış etməyəcəklər, bizim uşaqların buna potensialı da var", - Atamov əlavə edib.
Vüqar Vüqarlı
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 17 Sentyabr 2025 19:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















