Icma.az
close
up
RU
Karateçilərin “Zəfər Kuboku” turniri

Karateçilərin “Zəfər Kuboku” turniri

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Bakı Şəhər Gənclər və İdman İdarəsinin və Azərbaycan Karate Federasiyasının rəhbərliyi, “Kyokuşin (kay) SENŞİ karate” üslubunun KWF nümayəndəliyinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Zəfər Kuboku” turniri keçirilib.

Azərbaycan Karate Federasiyasından verilən məlumata görə, turnirin təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin əhəmiyyəti xüsusi vurğulanıb. Bildirilib ki, bu Zəfər dövlət başçısının qətiyyətli rəhbərliyinin, Ordumuzun qəhrəmanlığının, xalqımızın sarsılmaz birlik və həmrəyliyinin təcəssümüdür.

Azərbaycan Karate Federasiyası adından xalqımıza tarixi Qələbə sevincini yaşadan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan xalqına, qəhrəman əsgər və zabitlərimizə dərin minnətdarlıq ifadə olunub. Vətən uğrunda canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət dilənib, qazilərimizin göstərdikləri şücaət və fədakarlıq ehtiramla qeyd edilib.

Açılış mərasimində Azərbaycan Karate Federasiyasının İdarə Heyətinin üzvləri, idman ictimaiyyətinin tanınmış nümayəndələri, məşqçilər, idmançılar və digər qonaqlar iştirak ediblər.

Turnirdə müxtəlif yaş və çəki dərəcələri üzrə 300-ə yaxın yeniyetmə və gənc karateçi mübarizə aparıb.

Yarışın əsas məqsədi Zəfər Gününün tarixi əhəmiyyətinin gənc nəslə çatdırılması, onların vətənpərvərlik ruhunda tərbiyə olunması, həmçinin ölkəmizdə karatenin inkişafının və kütləviliyinin təşviq edilməsi olub.

Tədbir çərçivəsində idmanın inkişafında və gənclərin sağlam, vətənpərvər ruhda yetişdirilməsində xidmətləri ilə fərqlənən bir sıra şəxslər təltif olunublar.

Gərgin idman mübarizəsi şəraitində keçən turnirin yekununda qalib və mükafatçılara Zəfər Günü münasibətilə xüsusi hazırlanmış medallar, kuboklar və xatirə hədiyyələri təqdim edilib.

Qabil YUSİFOĞLU
XQ 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Noyabr 2026 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri