Icma.az
close
up
RU
Karlos Alos: Sabahki qarşılaşma rahat olmayacaq

Karlos Alos: Sabahki qarşılaşma rahat olmayacaq

Icma.az bildirir, Idman.biz portalına istinadən.

"Azərbaycan çox yaxşı komandadır".

İdman.biz xəbər verir ki, bunu futbol üzrə Belarus millisinin baş məşqçisi Karlos Alos millimizlə matçdan öncə keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis komandasının sabahkı matça hazır olduğunu bildirib: "İki fərqli örtükdə oynamaq çətindir. Hərəsinin öz çətinliyi var. Həmçinin biz iki fərqli hava şəraitində çıxış edəcəyik. Bundan əvvəlki Türkmənistanla matçda həm süni örtükdə oynamışdıq, həm də hava orada isti idi. İndi isə təbii meydançada və soyuq havada oynayacağıq. İki oyun arasında müqayisə aparmaq istəməzdim, çünki tamamilə fərqli matçlar olacaq".

- Heyətdə hər hansı bir dəyişiklik nəzərdə tutulurmu?

- Hamı hazırdır. Problem və ya zədə yoxdur. Yekun heyət üzrə qərar isə hələ verilməyib.

- Rəqib çətin vəziyyətdədir. Son məğlubiyyət və ondan öncəki uğursuz nəticələrə görə həm mətbuat, həm də idman ictimaiyyəti tərəfindən komandaya inanılmaz təzyiq var. Belarus millisində isə belə bir hal yoxdur. Sizin psixoloji olaraq hazırda daha yaxşı vəziyyətdə olduğunuzu deyə bilərikmi?

- Futbolda hər zaman təzyiq var. Sabah məğlub olsaq, biz təzyiq altında olacağıq. Rəqibə hörmətlə yanaşırıq. Həmçinin burada oynanılan son matçda biz məğlub olmuşduq. Sabahki qarşılaşma rahat olmayacaq. Son oyundakı məğlubiyyət də komandamız üçün bir motivasiya ola bilər. Qələbə üçün meydana çıxacağıq. Yoldaşlıq qarşılaşması olduğu üçün oyun sistemində yeni nələrisə sınaqdan keçirmək fürsətimiz də olacaq.

- Azərbaycan yığmasının məşqçisi tanınmış fiqurdur. Fernandu Santuşun çalışdığı bütün komandalarda ortaq oyun üslubunun olduğunu deyə bilərikmi?

- Santuşa böyük hörmətim var. Həm klub, həm də milli səviyyəsində oyun üslubu fərqlidir. Çünki futbolçular və şərtlər fərqli olub. Buna görə də oyun üslubunu müqayisə etmək çətindir. Biz sadəcə olaraq sabahki oyunda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

Aytac Sahəd
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 24 Mart 2025 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

28 Sentyabr 2026 10:51see150

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

Bakıda artan kreditin nəticəsi TIXAC

28 Sentyabr 2026 16:17see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri