Icma.az
close
up
RU
Kartdakı şübhəli rəqəmlər baş ağrıda bilər Belə məbləğlər radar a düşür

Kartdakı şübhəli rəqəmlər baş ağrıda bilər Belə məbləğlər radar a düşür

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bank kartınızdakı hərəkətlilik gözlənilmədən rəsmi qurumların diqqətini çəkə bilər. Bu, sadəcə rəqəmlərin artması deyil, həm də maliyyə keçmişinizin şəffaflığı ilə bağlıdır.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən bank eksperti Emin Kərimov bildirib ki, müştəri hesablarında, ümumiyyətlə gəlir mənbələrinin araşdırılması üzrə sorğuların göndərilməsi çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə üzrə qanunvericilik tələbləri əsasında həyata keçirilir. 
"Bu proses əsasən banklar, bank olmayan kredit təşkilatları və digər məsul maliyyə institutları tərəfindən icra olunur. Bu mexanizm necə işləyir? Adətən müştərinin hesabında qəfil və əsaslı dəyişikliklər, məsələn, iri məbləğdə artım və ya qeyri-adi əməliyyat axını müşahidə olunduqda, yaxud digər şübhəli meyarlar yarandıqda maliyyə qurumları həmin vəsaitlərin mənşəyi ilə bağlı izahat və sənədlər tələb etmək hüququna malik olurlar".
Ekspert bildirib ki, bu tələbin əsas məqsədi maliyyə sistemində şəffaflığın təmin olunmasıdır. 
"Çünki bəzi hallarda vəsaitlər qeyri-qanuni sahibkarlıq fəaliyyəti, o cümlədən elektron pul köçürmələri və digər nəzarətsiz əməliyyatlar vasitəsilə dövriyyəyə daxil ola bilər. Məhz buna görə də banklar və digər maliyyə qurumları riskli əməliyyatları izləmək və lazım gəldikdə araşdırma aparmaq öhdəliyi daşıyırlar. Bu prosesdə vergi orqanları da şübhəli hallarla bağlı yoxlamalar apara, tələb olunan sənədləri istəyə və əməliyyatların qanuniliyini araşdıra bilərlər. Məqsəd hər hansı vəsaitin qanuni mənbədən gəldiyini təsdiqləmək və maliyyə sistemində mümkün qanunsuz dövriyyənin qarşısını almaqdır. Ümumilikdə bu mexanizm maliyyə şəffaflığının qorunması, risklərin azaldılması və iqtisadi təhlükəsizliyin təmin edilməsi üçün tətbiq olunur".
Yəni, bank hesabınıza birdən-birə böyük məbləğdə pul gəlsə və ya şübhəli köçürmələr olsa, bank sizdən bu pulun haradan gəldiyini soruşa və sənəd tələb edə bilər.
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:249
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Aprel 2026 22:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri