Icma.az
close
up
RU
“Kartdan karta” köçürmə edən bu şəxslər cərimələnir

“Kartdan karta” köçürmə edən bu şəxslər cərimələnir

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

Son vaxtlar bəzi mağazalar və xidmət müəssisələri kartla ödənişdən imtina edir, alıcılardan isə “kartdan karta” köçürmə etməyi tələb edirlər.

Bu cür praktika vergi qanunvericiliyinin pozulması ilə yanaşı, istehlakçı hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Belə hallar alıcının rəsmi qəbz və xidmət təminatını almaq hüququna mane olur və qanun qarşısında sahibkarın məsuliyyətini gündəmə gətirir.

Mövzu ilə bağlı hüquqşünas Elşad İsayev Metbuat.az-a açıqlama verib.

O bildirib ki, Vergi Məcəlləsinin 58-ci maddəsi, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı kartla ödənişin qəbul olunması və POS-terminalların quraşdırılması ilə bağlı məsələləri tənzimləyir:

"Qanuna əsasən, dövlət vergi orqanlarında ƏDV ödəyicisi kimi qeydiyyatda olan bütün təsərrüfat subyektləri, dövriyyəsindən və yerləşdiyi ərazidən asılı olmayaraq, kartla ödənişi təmin etmək üçün POS-terminal quraşdırmalıdırlar. Bu qayda avtomobil və mebel satışında ixtisaslaşmış müəssisələrə, idman və sağlamlıq komplekslərinə, səhiyyə obyektlərinə, istirahət və əyləncə mərkəzlərinə, mehmanxanalara, şadlıq evlərinə, yanacaqdoldurma məntəqələrinə, nəqliyyat biletləri satış məntəqələrinə, turizm şirkətlərinə, həmçinin hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus taksilərə şamil olunur".

Hüquqşünas əlavə edib ki, rüb üzrə orta aylıq dövriyyəsi 2.000 manatdan yuxarı olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri də POS-terminal quraşdırmaq və kartla ödəniş qəbul etmək məcburiyyətindədirlər. 2020-ci il yanvarın 1-dən etibarən, POS-terminalın quraşdırılmaması və ya quraşdırılmış terminal vasitəsilə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə vergi ödəyicilərinə maliyyə sanksiyaları tətbiq edilir.

"Təqvim ili ərzində birinci dəfə bu pozuntuya yol verildikdə 1.000 manat, ikinci dəfə yol verildikdə 3.000 manat, üçüncü və daha çox dəfə pozuntu halında isə 6.000 manat məbləğində cərimə tətbiq olunur",- deyə Elşad İsayev qeyd edib.

Ülkər Cəlilzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 06 Avqust 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see165

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see159

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see144

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see134

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri