Kartdan karta səhv köçürmə etsək, pulumuzu geriyə necə ala BİLƏRİK?
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Səhvən başqa şəxsin bank kartına pul göndərilməsi tez-tez rast gəlinən hallardandır. Bir anlıq diqqətsizlik və ya yanlış daxil edilən kart nömrəsi vətəndaşları çətin vəziyyətə sala bilər.
Bəs, belə hallarda göndərilən vəsaiti geri qaytarmaq mümkündürmü və qanun bu barədə nə deyir?
Milli.Az-ın məlumatına görə, Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etmək əsassız varlanma sayılır.
Belə ki, səhvən başqasının kart hesabına pul göndərildikdə, əvvəlcə öz kart məlumatlarınızın aid olduğu banka müraciət etməli, həmin bank da pul köçürülən kartın hansı banka aid olduğunu müəyyən edib, o banka müraciət etməlidir ki, səhv ödəniş həyata keçirilib. Bundan sonra da həmin bank öz müştərisinə bildirməlidir ki, sizin adınıza səhvən vəsait daxil olub. O, bu halda pulu öz istəyi ilə geri qaytara bilər.
Lakin pulun səhvən köçürüldüyü şəxs məbləği geri qaytarmadığı təqdirdə pulun geri qaytarılması üçün müraciət etdiyiniz bankdan imtina cavabı alıb, iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərsiniz.
Mina Mikayılova
Milli.Az
Baxış sayı:257
Bu xəbər 29 Aprel 2026 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















