Icma.az
close
up
RU
Kartdankarta ödəniş necə aşkarlanır? “Bu məlumatı vergiyə banklar ötürür”

Kartdankarta ödəniş necə aşkarlanır? “Bu məlumatı vergiyə banklar ötürür”

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürməsi hallarının qarşısının almaqda davam edir. Nəzarət tədbirləri zamanı indiyədək 314 pərakəndə ticarət və iaşə obyektində nağdsız ödənişlərin qəbulundan imtina halları müəyyənləşdirilib, 50-dən çox sahibkarlıq subyektində POS-terminalların quraşdırılmadığı aşkarlanıb.

Həmin sahibkarlıq subyektləri ilə bağlı protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar da qəbul edilib.

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, əslində, bu işdə vergi orqanının özü qanuni hərəkət etmir:

“Bu vergidən yayınma sayılır və ticarət obyektləri buna görə cərimələnir. Qanunvericiliyə əsasən, bu tip hüquqi şəxslərə müxtəlif sanksiyalar tətbiq edilir. Amma mən başqa bir nüansa diqqət yetirmək istəyirəm.

Vergi orqanı özü bir çox hallarda qanuni hərəkət etmir. Kartdan-karta ödəniş o deməkdir ki, müştəri hansısa mağazaya gəlir, nəsə alır və ödəniş kassa aparatına deyil, şəxsi karta köçürülür. Əslində, fərqi yoxdur, müştəri pulu çıxarıb sahibkara nağd şəkildə də verə bilər və bundan vergi qurumunun xəbəri də olmayacaq. Belə çıxır ki, bu məlumatı Vergi Xidmətinə qanunsuz şəkildə banklar verir”.

Ə. Həsənov qeyd edib ki, banklar vətəndaşlarla dair məlumatları qanunsuz formada Vergi Xidmətinə ötürür:

“Vergi orqanının vətəndaşların şəxsi kartları, hesabları haqqında məlumatları banklardan istəməyə ixtiyarı yoxdur. Amma son nəticədə belə çıxır ki, hansısa banklar bu məlumatları Vergi Xidmətinə ötürürlər. Bunun əsasında da sahibkarlar cərimələnir. Bu qanunsuzluqdur!

Sahibkarın vergidən yayınıb-yayınmaması başqa söhbətdir, amma vergi orqanı da işini qanunauyğun şəkildə qurmalıdır. Vergi Xidməti yalnız bir halda cərimə tətbiq edə bilər ki, xidmətə görə vətəndaşa ödəniş qəbzi, yaxud çeki verilməyib.

Əsas məsələ odur ki, bankların bu kimi əməlləri vətəndaşların onlara olan etibarını itirməsi ilə nəticələnəcək. Bu həm də kartlı ödəniş praktikasını da zəiflədəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://news24.az
archiveBu xəbər 29 Noyabr 2024 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri