Kartından 4800 manat oğurladılar, zəng edərək gülə gülə ələ saldılar (VİDEO)
Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Kredit kartından dələduzluq yolu ilə pul oğurlanıb, özü də 4800 manat...
Bu iddia ilə "Xəzər Xəbər"in qaynar xəttinə İradə Zeynalova müraciət edib. Zərərçəkən bildirir ki, ona tanımadığı nömrədən zəng gəlib və bir neçə dəqiqə sonra kart balansından 4800 manat silinib.
Zərərçəkənin sözlərinə görə, bir neçə dəqiqədən sonra həmin nömrədən yenidən zəng gəlib.
İradə Zeynalovanın sözlərinə əsasən, bu hadisədən sonra kredit kartının məxsus olduğu bankdan onunla əlaqə saxlanılıb və onun pulunun dələduzluq yolu ilə ələ keçirildiyini bildiriblər. Vətəndaş məruz qaldığı dələduzluq əməli ilə bağlı polisə müraciət edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, vətəndaşın müraciəti ilə bağlı ərazi polis orqanında araşdırma aparılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 18 Aprel 2026 00:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















