Icma.az
close
up
RU
Kartlar açılır: Zelenski bu addıma gedir Britaniyalı politoloqlar gizli ssenaridən danışır / EKSKLÜZİV

Kartlar açılır: Zelenski bu addıma gedir Britaniyalı politoloqlar gizli ssenaridən danışır / EKSKLÜZİV

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

18 avqustda ABŞ prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri arasında keçirilən görüş dünya ictimaiyyətinin əsas müzakirə mövzusudur. Ukraynanın taleyinin həll olunduğu dövrdə D. Trampın da ifadə etdiyi kimi, ilk dəfə idi ki, Ağ Evə bu qədər Avropalı lider toplaşmışdı. Avropa dövlətləri Rusiya təcavüzünün dayandırılmayacağı təqdirdə Ukraynadan sonra təhlükəni öz qapısında hiss edəcəklərini bilirlər.

“The Guardian”ın məlumatına görə, Britaniya hakimiyyəti Ukraynanın müdafiəsini gücləndirmək üçün havadan və dənizdən dəstək məqsədilə “istəklilər koalisiyası” çərçivəsində qoşun yeritməyi planlaşdırır. Qeyd olunur ki, bu qüvvələr döyüş təmas xəttinə deyil, arxa cəbhədə yerləşdiriləcək. Nəşr yazır ki, Britaniya Silahlı Qüvvələrinin rəhbəri Toni Radakin digər koalisiya ölkələrinin hərbi rəhbərləri ilə birlikdə Vaşinqtona səfər edəcək. Səfər avqustun 20-də planlaşdırılır. Mənbələrin bildirdiyinə görə, Radak Pentaqonda keçiriləcək görüşdə Londondan gələcək hərbi kontingentin əsas məqsədi açıqlanıb.

İrlandiyalı siyasi ekspert, analitik, tarixçi Patrik Uolş Vaşinqtonda keçirilən görüş barədə Globalinfo.az-a şərhində deyib ki, Ukrayna məsələsində irəliyə doğru atılan addımlar Tramp və Putin arasında Alyaskada razılaşdırılıb.

“Bu razılaşmanın bir hissəsi olaraq, Rusiyanın təkidi ilə Ukraynada atəşkəsin əldə olunmasına deyil, münaqişənin tam tənzimlənməsinə qərar verilib. Həm Kiyev, həm də Avropa Ukraynaya möhlət vermək üçün atəşkəs istəyirdi. Lakin Rusiya xüsusi hərbi əməliyyatı atəşkəs olsun deyə başlamayıb və tam tənzimlənməyə nail olmaq və ya hücumları davam etdirməkdə qərarlıdır.

İkincisi, Tramp avropalıların tələb etdiyi sanksiya hədəsindən əl çəkdi. Avropalılar Ağ Evə döyüşmək və ya güzəştə getmək arasında seçim etmək üçün getmişdilər. Onlar Tramp və onun Putinlə əldə etdiyi razılaşma qarşısında güzəştə getmək qərarına gəliblər. Hamısı Ukrayna ərazisini Rusiyaya vermək məsuliyyətini Zelenskinin üzərinə qoyub. Deyəsən, o bunu de-fakto edəcək, amma de-yure yox. Başqa sözlə, o, döyüş meydanındakı reallığı tanımağa razı olacaq və hətta rusların mübadilə etməyə hazır olduqları başqa ərazilər müqabilində bütün Donbası Rusiyaya təslim edəcək”.

Patrik Uolş

P.Uolş qeyd edib ki, avropalıları indi ilk növbədə Ukraynanın dağılması və cəbhə xəttinin Avropaya çatması təhlükəsi narahat edir:

“Buna görə də onlar Trampdan bəzi təhlükəsizlik zəmanətləri müqabilində ərazi bütövlüyü məsələsində Kiyevi yalnız qoymağa başlayıblar. Lakin Tramp avropalılara təhlükəsizlik zəmanəti vermək istəmir. O istəyir ki, avropalılar pul ödəsin və Avropanın təhlükəsizliyinə özləri cavabdeh olsun. ABŞ-ın hesabı ödədiyi və məsuliyyəti daşıdığı günlər geridə qaldı. Zelenski indi xalqı qarşısında çətin vəziyyətdədir. O, Ukrayna xalqına sövdələşməyə getməkdən başqa seçimin olmadığını söyləyəcək. Ukrayna bunu rədd etsə, Vaşinqton onu tamamilə yalnız qoyacaq və ruslar daha çox ərazi alacaqlar. Odessada məğlub olarsa, Ukrayna dövlət olaraq funksionallığını itirəcək. Ukrayna yalnız sövdələşməyə razılıq verməklə mövcudluğunu qoruyub saxlaya və inkişaf edə bilər. Növbəti görüşün Putin, Tramp və Zelenskinin iştirakı ilə üçtərəfli formatda keçirilməsi planlaşdırılır. Məsələ məhz burada həll olunacaq, təbii ki, Zelenski vəzifədə qalarsa. Amma o bunu etməsə, yerinə gələn istənilən şəxs eyni problemlərlə üzləşəcək”.

P.Uolş həmçinin, bildirib ki, Böyük Britaniya münaqişənin tənzimlənməsi ilə bağlı təhlükəsizlik zəmanəti çərçivəsində Ukraynaya qoşun göndərməyə hazır olması ilə kimi maraqlı mövqeyə malikdir:

Həmçinin oxuyun:

Ukrayna bitdi: Rusiya Cənubi Qafqaza belə qayıdacaq – Arkovdan SENSASİYA

“Lakin o, qoşunlarını cəbhə xəttinə yerləşdirmək istəmir. Bu, Rusiya ilə mümkün qarşıdurmada insanlarını itirmək qorxusu ilə bağlıdır. Bununla belə, Rusiyanın Ukrayna ərazisində hər hansı NATO dövlətinin qoşununun iştirakı ilə razılaşması ehtimalı çox azdır. Bu baxımdan, hadisələrin bu cür inkişafı əslində, mümkün deyil. Ola bilsin ki, bu təklif rədd edilməsi üçün hesablanıb”.

Bununla bağlı britaniyalı politoloq Neil Vatson isə bildirib ki, əslində, Böyük Britaniya bir müddətdir ki, Xüsusi Aviadesant Xidməti (SAS) tərəfindən Ukrayna qüvvələrinə kömək etməklə, üstüörtülü şəkildə hərbi dəstək verir:

“Hesab edirəm ki, bu qərar ABŞ və Böyük Britaniya arasında İkinci Dünya müharibəsinin bitməsindən bəri mövcud olan xüsusi münasibətlərdə ciddi çatların olduğunu nümayiş etdirir. Bundan əlavə, Britaniya ictimaiyyəti Rusiyanı təhlükə kimi qəbul edir və aparıcı media orqanlarında soyuq müharibə ritorikasından geniş istifadə olunur. Ukraynaya dəstək verən istənilən hökumət Britaniya seçiciləri arasında dərhal populyarlaşacaq”.

N.Vatson

N.Vatson ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Vladimir Zelenski və Avropa liderləri arasında Ağ Evdə keçirilən görüşü olduqca simvolik adlandırıb:

“Bu, Ukraynanın uzun sürən müharibədə yorğunluğuna baxmayaraq, Qərbin strateji maraqlarının mərkəzində qaldığını göstərir. Trampın prezident Putinlə bu yaxınlarda keçirdiyi görüşdən sonra və Rusiya lideri ilə xüsusi münasibətini nəzərə alsaq, buradakı iştirakı onun Ukrayna məsələsində öz şəxsi maraqlarına uyğun liderliyini nümayiş etdirmək istəyini vurğulayır. O, eyni zamanda avropalı tərəfdaşlara Vaşinqtonun onlardan daha çox maliyyə və hərbi məsuliyyət daşımasını gözlədiyini xatırlatdı.

Ukrayna üçün bu görüş iki reallığı önə çıxardı: Zelenski Avropa İttifaqı və ABŞ-ın davamlı dəstəyinə təminat aldı, eyni zamanda Rusiya ilə danışıqlar bərpa olunacağı təqdirdə siyasi kompromisləri nəzərdən keçirmək üçün yenidən təzyiqlə üzləşdi”.

N.Vatsonun sözlərinə görə, avqustun 22-də baş tutacaq Tramp-Putin-Zelenski üçtərəfli sammitindən gözləntilər barədə ehtiyatlı düşünülməlidir:

“Tramp özünü sövdələşmə aparan şəxs kimi göstərməyə çalışa bilər, lakin Rusiyanın məqsədləri ilə Ukraynanın suverenliyi arasında böyük uçurum var. Moskva real addımlar atmasa, istənilən nəticə gerçək sülhlə deyil, kənar faktorlarla bağlı olacaq. Bununla belə, görüş, xüsusən də Avropa liderləri prosesdə iştirak edərsə, daha uzunmüddətli diplomatik əlaqələr üçün zəmin yarada bilər”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:44
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Avqust 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see430

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see177

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see169

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see163

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see148

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see139

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see132

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see130

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see129

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri