Icma.az
close
up
RU
Kartlardan pul oğurluğuna görə bankların günahı varmı? Araşdırma

Kartlardan pul oğurluğuna görə bankların günahı varmı? Araşdırma

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Məlum olduğu kimi, son vaxtlar vətəndaşların bank kartlarından pullarının oğurlanması halları xeyli artıb. Bu günlərdə Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyevin bank kartından oğurluq olub. Cəlil Əliyevə məxsus bank kartından oğurluq faktı üzrə DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən fakta görə başlanmış cinayət işi çərçivəsində, cinayəti törədən şübhəli şəxslər müəyyən edilib. Pul vəsaitinin tam həcmdə zərərçəkmişə ödənilməsi təmin olunub

Kibertəhlükəsizlik üzrə ekspert Şahin Alıyev Bakupost.az -a bildirib ki, bank kartlarından pulların oğurlanması müxtəlif yollarla baş verir. Lakin Azərbaycanda yayılmış üsullardan biri fişinqlərdir:

"Fişinqlərdə öncə telefonlar ələ keçirilir, yəni link göndərilir və bu linklərlə telefondakı məlumatlar ələ keçirildikdən sonra vətəndaşların məlumatlarından istifadə edərək onun hesabına daxil olur və kartlardakı pullar çəkilir”.


Onun sözlərinə görə, bank kartları ilə dələduzluqlar normalda kiberdələduzlar və ya kibercinayətkarlar bankın istifadəçiyə verdiyi məlumatları ələ keçirən zaman baş verir:

“Bundan sonra artıq pulu çəkmək və ya harasa yönəltmək asan olur. Banklarda da bu şəkildə pul oğurlanır və ya hansısa bir karta köçürülür. Bundan başqa vasitəçilik rolu oynayan bankın təsdiqləmədiyi veb-saytlar, fişinqlər və digər məsələlər də var ki, bunlar fırıldaqçıların əsas hədəf nöqtəsidir. İnsanların psixoloji vəziyyətindən, düşüncələri, boşluqlarından yararlanaraq, onları aldadırlar. Əlbəttə ki, fişinq hücumları ölkəmizdə də bankların adından edilir. Bu cür halların qarşısını isə yalnız maariflənməklı almaq olar”.

“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, onlayn fırıldaqçılıq yolu ilə bank kartlarından pulların oğurlanması kimi halların bu qədər artmasına səbəb vətəndaşların məlumatsızlığıdır:

“Bu gün dələduzluq formaları da rəqəmsallaşıb və bu mövzuda kifayət qədər “peşəkarlar” var. Onların “uğurunun” əsas səbəbi isə əksər hallarda insanların məlumatsızlığı olur.


Vətəndaşlar son dərəcə diqqətli və ehtiyatlı olmalıdırlar. Mütləq şəkildə onlara sorğu göndərən resursu öyrənməli, domenin nə zaman yaradıldığına diqqət yetirməlidirlər. Sorğu göndərən resurs barədə “Google”da qısa bir araşdırma aparmalıdırlar. Əgər bu resurs barədə “Google”də heç bir məlumat yoxdursa, dərhal aidiyyəti qurumlara müraciət etmək lazımdır”.

Ekspert qeyd edib ki, bir neçə qaydaya riayət etməklə bu kimi risklərdən qorunmaq olar:

“İstənilən bankda kart əldə etdiyiniz zaman ilk iş olaraq SMS bildiriş funksiyasını aktivləşdirmək lazımdır. Heç bir halda zəng vuran, e-mail və ya sosial şəbəkə vasitəsilə yazan fırıldaqçının sözlərinə inanmaq olmaz. Bütün kart mərkəzlərinin 7/24 çalışan əməkdaşları var. Təhlükəli əməliyyat aşkarladıqları zaman vətəndaşın icazəsini soruşmadan belə bu əməliyyatı dondurmaq və bloklamaq səlahiyyətləri var. İnternetdə qarşınıza çıxan cəlbedici onlayn lotereya və ya prizlərlə bağlı keçidlərə keçmək məsləhət deyil. Vətəndaş ona məxsus olmayan, ictimai açıq olan Wi-Fi şəbəkələrinə də qoşulmamalıdır. Məcburiyyətdən qoşulduğu zaman isə elektron bank sistemlərinə, elektron poçta, sosial şəbəkə sistemlərinə giriş etməməyə çalışmalıdır. Vətəndaş daxil olduğu saytların adlarının “https” ilə başladığına və öndə yaşıl qıfıl işarəsinin olduğuna diqqət yetirməlidir”.

Bank məsələləri üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, bəzi bankların informasiya təhlükəsizliyi çox zəifdir:

" Hakerlər isə çox güclüdürlər. Zəif bank sistemlərinə daxil olaraq pul oğurlamaq onlar üçün asandır. Belə hadisələrin qarşısını almaq üçün bankların başlıca vəzifəsi möhkəm sistem yaratmaqdır. Bankların tətbiq sistemləri, informasiya proqramı qüsurludur, ya da hakerlər üçün tətbiqə daxil olmaq, orada müəyyən əməliyyatlar aparmaq böyük problem deyil. Bu da o deməkdir ki, bankın tətbiqi çox da keyfiyyətli deyil. Proqram təminatları dünyada müxtəlifdir. Nə qədər ucuzdursa, bir o qədər də zəifdir. Ola bilsin ki, bank xəsislik edib və tətbiqin təhlükəsizliyi üçün çox pul xərcləməyib. Yaxud da, sadəcə o işi görən yaxşı icra etməyib”.

Sevinc,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 21 Yanvar 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri