Icma.az
close
up
RU
Kartof kəskin bahalaşacaq: Səbəb bəllidir

Kartof kəskin bahalaşacaq: Səbəb bəllidir

Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.

Cəlilabad rayonunda payızlıq kartofun yığımına start verilib. Ayrı-ayrı kəndlərdə bu il 900 hektar sahədə kartof əkilib. Bu rəqəm ötən il 260 hektar olub. Bəs görəsən, payızlıq kartofun yığımının başlaması bazarda kartofu bir az da olsa ucuzlaşdıra bilərmi?

Qiymətlər ildən asılı olaraq dəyişir

İqtisadçı Rauf Qarayevin sözlərinə görə, son illər ölkədə kartof istehsalında vəziyyət sabit deyil: “Kartof yığımının ötənilki statistikasına baxanda öndə gedən rayon Qazaxdır. Ən çox kartof əkilən iqtisadi rayon Qazax-Tovuzdur. 2023-cü ilin statistik məhsul yığımını müqayisə etsək Ağstafada 299,5, Gədəbəydə 129, Qazaxda 350, Şəmkirdə 286,2, Tovuzda 303,6 sentner kartof yığılıb. Cəlilabad rayonunda 311,8 sentner kartof yığılıb. İstehsala gəldikdə, 2023-cü ildəki kartof istehsalının statistik rəqəmləri göstərir ki, ölkə 2020-ci ilin vəziyyətinə qayıdıb. Həmin il bir milyon 37 min 636,8 ton kartof yığılmışdırsa, 2023-cü ildə bir milyon 10 min 517,4 ton kartof yığılıb. 2021-ci ildə 1 milyon 61 min 957,7 ton, 2022-ci ildə 1 milyon 74 min 261,3 ton kartof istehsal olunub. Şəmkirdə ilbəil kartof yığımı artıb, nəticədə 188 min 615,7 tona yaxın kartof yığımı olub. Cəlilabad rayonunda 2022-ci ildə 190 min 400 ton kartof istehsalı olmuşdusa, 2023-cü ildə bu rəqəm 186 min 60 tona enib. Göründüyü kimi, istehsal və kartof yığımının statistikası stabil deyil. Ona görə də, qiymətlər ildən asılı olaraq dəyişə bilər”.

Həm də ixrac edirik

R.Qarayevin fikrincə, qiymətlər maksimum 10 qəpik azala bilər: “2024-cü il hələ başa çatmayıb. Amma bazarda qiymətlərə nəzər yetirsək, rayonlarda bir kiloqram iri və yuyulmuş kartofun qiyməti 80 qəpik idi. Bolluq olsa, bu qiymət maksimum 10-15 qəpik enə bilər. Məsələnin digər tərəfi xaricdən gələn kartofun daha ucuz olmasıdır. Bu, yerli bazarda olan kartofları sıxışdıra bilər. Nəzərə almaq lazımdır ki, yerli kartof həm də xarici bazarlara çıxarılır. 2024-cü ilin yanvar-iyul ayında Azərbaycandan 20 milyon 471 min dollar dəyərində 48 min 234 ton kartof ixrac olunub. Ötən dövrlərlə hazırki dövrü müqayisə etdikdə görə bilərik ki, qiymətlərdə cüzi də olsa, enmələr mövcuddur. Amma bazarda olan qiymətlərlə müqayisə etdikdə elə də böyük fərq yoxdur. Ötən ilin oktyabr ayı ərzində kartofun qiyməti 70 qəpiklə bir manat arasında dəyişirdisə, hazırda da eyni qiymətdir. Amma rayonlarda təklif edilən qiymətlərdə çox cüzi enmələr var. Bu, qısamüddətli də ola bilər”.

Ucuzlaşmanın qarşısını alan amillər

İqtisadçının sözlərinə görə, qiymətlərə təsir edən ən əsas məqamlardan biri də vətəndaşla kəndli arasında vasitəçilərin olmasıdır: “Yarmarkaların keçirilməsi qiymətlərə təsir edə bilər. Kəndlinin birbaşa bazara çıxışı təmin olunmalıdır. Çünki qiymətləri daha çox vasitəçilər idarə edir. Kəndli gətirdiyi məhsulu tez şəkildə bir nöqtəyə təhvil verib getməyi üstün tutur. Bakıda gecələmək kəndlinin büdcəsinə uyğun deyil. Satıcılar da əksər hallarda bildirirlər ki, məhsullar bir nöqtədən gətirilir. Təbii ki, bu zaman daşınma xərci də məhsulun üzərinə əlavə edilməlidir. Belə olan halda regionlar və paytaxtda məhsul qiyməti xeyli fərqlənir. Rayonda bir manata qədər olan məhsulun qiyməti Bakıda 2-3 manat arası dəyişir. Həmçinin məhsulun satış ərazisi də önəmlidir. İcarəyə götürülən satış üçün yerin qiyməti də məhsula təsirsiz ötüşmür. Bazarda yerpulu adlanan haqq alınır. Belə halları nəzərə aldıqda, qiymət enməsini müşahidə edə bilmirik”.

Rusiya bazarlarında kartof xeyli bahalaşıb

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Eldar Hüseynovun fikrincə, Rusiyada baş verənlərin təsiri nəticəsində ucuzlaşma haqqında danışa bilmirik: “Göstərilən statistikada qeyd olunan rəqəmlərdəki artım bazarda olan vəziyyətə təsir göstərə bilməyəcək. Çünki son günlər Rusiya bazarlarında kartofun qiyməti xeyli bahalaşıb. Bu səbəbdən, Azərbaycan və digər ölkələrdən Rusiyaya külli miqdarda kartof ixrac olunur. Rusiyada dolların qiymətində son günlər baş verən yüksəlmə də mütləq ki, Azərbaycanın daxili bazarından yan keçməyəcək”.

Ekspertin fikrincə, ölkəmizin kartofa olan tələbatı çox, təminatı isə xeyli azdır: “Cəlilabad rayonundakı kartof sahələri xeyli azdır. Toplanacaq məhsul ölkəmizin kartof tələbatını ödəmək üçün kifayət etməz. Cəmi 2-3 ay tələbatı ödəmək mümkün olar. Daxili bazara təsir gücü maksimum 10 gün çəkər. Amma qiymətlərdə uzunmüddətli enmələrin olacağını söyləyə bilmirik. Hətta yaxın gələcəkdə - dekabr-fevral ayları arasında kartofun qiyməti kəskin şəkildə arta bilər. Yəni bu məhsulda hazırki il üçün ucuzlaşma qeyri-mümkündür. Bazarda tərəvəzlərdə xeyli qiymət artımı müşahidə edilir. Lakin qiymət enməsindən danışmaq mümkün deyil”. ("Kaspi" qəzeti)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://publika.az
archiveBu xəbər 23 Noyabr 2024 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri