Icma.az
close
up
RU
Kartof niyə bahalaşır? SƏBƏB

Kartof niyə bahalaşır? SƏBƏB

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Azərbaycanda son aylarda kartofun bahalaşdığı müşahidə edilir. Bahalaşma həm bazarlarda, həm də ayrı-ayrı mağazalarda qeydə alınıb. Dövlət Statistika Komitəsinin istehlak bazarında qiymətlərlə bağlı son hesabatında da kartof bahalaşan məhsullar arasında olub. Gündəlik tələbat olan kartofunun bahalaşmasının səbəbi nədir?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı Pərviz Heydərov bildirib ki, Azərbaycanın kənd təsərrüfatı məhsulları sırasında özü-özünü təmin etmək  imkanı var:
“Əgər bir məhsulun ki, bazarda qiymətlər qalxırsa, bu ya istehsal və tədarükün az olması ilə bağlıdır, ya burada subyektiv amillər mövcuddur, ya da o məhsul üzrə idxaldan asılılıq var. Bu üç səbəb üzərindən bu və ya digər kənd təsərrüfatı məhsulunun qiyməti qalxa bilir. Sözügedən məhsulun istehsalı və tədarük azdır, yəni təlabatı ödəmir. İkincisi, həmin məhsulun bazara çıxışı ilə subyektiv səbəblər mövcuddur. Üçüncüsü, idxaldan asılılıq vardır. Düzdür, bununla bağlı əlavə olaraq,  idxal da mövcuddur. Yəni ölkəyə İran kartofu da gətirilir, digər ölkələrdən də kənardan kartof idxalı mövcuddur”. 
İqtisadçı qeyd edib ki, idxal olunan məhsulların keyfiyyəti yerli kartofdan qat-qat aşağıdır:
“Amma bununla belə ölkəyə idxal olunur. Elə bunun üzərindən sual yaranır ki, əgər ölkəmiz özü-özünü kartofla təmin etmək iqtidarındadırsa bu məhsullar necə olur ki, ölkəyə idxal olunur. Ona görə idxal olunur ki, o ucuz başa gəlir. Bu da  bazarı istər-istəməz zəbt edir.  Bir kənd təsərrüfatı istehsalçısı üçün, fərdi ev təsərrüfatı  olan bir şəxs üçün kartof əkib becərmək və onu bazara çıxarmaq sahəsində problemlər mövcuddur olarsa, onun o işlə məşğul olmağa, təbii ki, heç bir marağı olmayacaq. Ona görə də, burada səbəb axtarılmalıdır və araşdırılmalıdır. Ölkəmizin sözü gedən kənd təsərrüfatı məhsulu üzrə əkib becərmək və tədarükü sahəsində heç bir problemi yoxdur. Burada yeganə problem həmin məhsuldan ucuz, ölkəyə başqa ölkələrdən idxaldır”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Yanvar 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri