Icma.az
close
up
RU
“Karvan 2002”nin satış müdiri 71 min mənimsəyib Şirkət rəhbəri də dindirildi

“Karvan 2002”nin satış müdiri 71 min mənimsəyib Şirkət rəhbəri də dindirildi

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda məşhur şirkətin külli miqdarda pulunu mənimsəməkdə ittiham edilən şəxsin məhkəməsi keçirilib. Təqsirləndirilən şəxs zərəri ödəmək üçün maşınını və torpağını satıb.

36 yaşlı Kamran Gülməmmədov külli miqdarda mənimsəmədə ittiham edilərək məsuliyyətə cəlb edilib.

O, satış təmsilçisi olaraq çalışdığı “Karvan 2002” MMC-nin 71 min manatını mənimsəməkdə təqsirli bilinib və barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq müddətində onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, MMC qeyri-qida şirkətidir, sabun və yuyucu vasitələrin satışı ilə məşğuldur.

Məhkəmə araşdırması zamanı ifadə verən Kamran deyib ki, 2016-cı ildən şirkətdə çalışıb. Bir il sonra işdən çıxmaq istəyib.

“Bunun səbəbi xərclərin çox olması idi. Öz maşınımla işləyirdim. Benzin pulu olaraq ayda 200 manat verilirdi. Bu da çatmırdı. Sonra məbləği 250 manat etdilər. Özümə 12 min manata maşın aldım. İndi həmin maşını borcumun qarşılığı olaraq şirkətə vermişəm. Mən qeyd edildiyi kimi 71 min manat mənimsəməmişəm. Cəmi 25 min pul götürmüşəm. Onun 4-5 min manatını uşağım üçün xərcləmişəm. 20 min manatı da iş xərclərimə sərf etmişəm. Çünki yol xərci, yemək pulu vermirdilər”, - deyə Kamran ifadəsinə əlavə edib.

Kamran pulun qalan hisəssinin qarşılığında Qəbələdə olan torpaq sahəsini verib. Şirkətlə Kamran arasında əvvəlcə razılıq olmayıb. Sonradan isə borc qarşılığında razılıq əldə edilib.

MMC-nin direktoru Arzu Ələsgərov Kamran tərəfindən borcu tam olaraq ödənildiyini bildirib.

A.Ələsgərov onu da qeyd edib ki, Kamran şirkətdə aparılan audit yoxlaması zamanı 71 min manatlıq mənimsəməni etiraf edib.

Məhkəmə Kamranın səmimi etirafını, zərərlə bağlı razılıq əldə edilməsini nəzərə alaraq onun barəsində şərti cəza təyin edib.

Hökmə əsasən, onun barəsində 5 il cəza təyin edilib.Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə cəzası 2 il müddətinə şərti hesab edilib. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. (Musavat.com)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Fevral 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri