Icma.az
close
up
RU
Karvan Premyer Liqanın sonuncusu ilə pley off oyununu istəmir Tələblərin bir hissəsini yerinə yetirmişik

Karvan Premyer Liqanın sonuncusu ilə pley off oyununu istəmir Tələblərin bir hissəsini yerinə yetirmişik

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Premyer Liqanın növbəti mövsüm üçün formatı hələ müəyyənləşməyib. Elitanı hansı komandanın və necə tərk edəcəyi, I Liqadan kimlərin yuxarı qalxacağı bəlli deyil. Formatla bağlı suala AFFA İcraiyyə Komitəsinin bugünlərdə keçiriləcək iclasından sonra cavab tapa biləcəyiksə, Premyer Liqaya gəlmək istəyən komandaların özlərindən də çox şey asılıdır. Bunun üçün lisenziyalaşmanın tələblərinə əməl etmək lazımdır. Əvvəlki illərdə az rast gəlməmişik ki, aşağı liqanın qalibi həmin tələblərə cavab vermədiyi üçün Premyer Liqaya buraxılmayıb. 

Premyer Liqaya iddialı olan, vaxtilə Azərbaycan futbolunda dəsti-xətti ilə seçilən, avrokubokdakı uğuru ilə yadda qalan "Karvan" müvafiq sənədləri AFFA-nın Lisenziya Komissiyasına təqdim edib. 

Klubun mətbuat sözçüsü Bəhruz Musayev Fanat.Az-a açıqlamasında bu barədə məlumat verib:  

"Premyer Liqada iştirak etmək üçün lisenziyalaşmanın şərtlərinə uyğun işlər görülür. Tələblərin bir hissəsini yerinə yetirmişik. Təqdim etdiyimiz sənədlərlə bağlı hansısa irad bildirilməyib. İrad olsa, dərhal düzəliş edərik. Hələ vaxtımız var. Mart ayına kimi bütün tələbləri yerinə yetirməyə çalışırıq".

"Karvan" rəsmisi Premyer Liqada sonuncu yeri tutan komanda ilə I Liqa təmsilçisi arasında pley-off görüşlərinin keçirilməsi barədə təklifə də münasibət bildirib:

"Açığı, pley-off oyunlarının keçirilməsinə yaxşı baxmırıq. Axı indiki şərtlərlə Premyer Liqa iştirakçısı ilə I Liqa komandasının güc nisbəti eyni deyir. Bunu kubok oyunlarının nəticələri də göstərdi. Yaxşısı budur idman prinsipləri qorunsun. Necə ki, son illərdə "Şamaxı", "Qəbələ" komandaları Premyer Liqada sonuncu yeri tutub aşağı liqaya düşmüşdülər. Tərəfdarıyıq ki, turnir cədvəlinin sonuncusu yenə birbaşa I Liqaya düşsün".     

Qeyd edək ki, "Karvan" hazırda I Liqada 2-ci pillədə qərarlaşıb. Yevlax təmsilçisi liderdən 7 xal geri qalır, əsas izləyicisi "İmişli"ni isə 5 xal qabaqlayır.

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://fanat.az
archiveBu xəbər 18 Fevral 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri