Karvan Qəbələ oyunundan sonra qalmaqal baş verib Sxadadze hədələnib
Qol.az-dan əldə olunan məlumata əsasən, Icma.az xəbər verir Karvan Qəbələ oyunundan sonra qalmaqal baş verib Sxadadze hədələnib.
AFFA İntizam Komitəsi "Karvan" klubunun məşqçilərini və bəzi futbolçularını cəzalandırıb.
QOL.az-ın xəbərinə görə, komitənin bu gün açıqlanan qərarlarında bildirilir ki, noyabrın 27-si 1-ci Liqanın VIII turunun “Karvan” – “Qəbələ” oyunu bitdikdən sonra “Karvan”ın futbolçusu Müşfiq Teymurov hakimləri təhqir etdiyinə, aqressiv davrandığına görə 4 oyun cəzalanıb, “Karvan” komandası 300 manat cərimə edilib.
Oyun bitdikdən sonra “Karvan”ın futbolçusu Bəhruz Teymurov hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb, “Karvan” komandası 300 manat cərimələnib.
Oyun bitdikdən sonra “Karvan”ın məşqçisi Zaur Hacıyev rəqib baş məşqçiyə (Kababer Szadadze - red.) hədə-qorxu gəldiyinə görə 5 oyun cəzalanıb, “Karvan” komandası 400 manat cərimə edilib.
Qərarda o da qeyd edilib ki, “Karvan” klubunun baş məşqçisi Kənan Kərimov mətbuata açıqlama verərkən hakimə hədə-qorxu gəldiyinə, ona sözlə təzyiq göstərməyə cəhd etdiyinə görə 2 oyun şərti olmaqla 5 oyun cəzalanıb, “Karvan” komandası 400 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)