Icma.az
close
up
RU
“Karvan Yevlax” “başsız” qalıb, yoxsa iki “baş”ı var? REPLİKA

“Karvan Yevlax” “başsız” qalıb, yoxsa iki “baş”ı var? REPLİKA

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Misli premyer-liqasında mövsümə uğursuz başlayan “Karvan-Yevlax”da vəziyyət pisdi.

Komandanın mövsümün bəlkə də ən vacib matçında da uduzması uzun müddətdi davam edən söz-söhbəti bir qədər də alovlandırıb. Bəli, söhbət Misli premyer-liqasının 12-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirilən matçdan gedir. Axı uzun müddətdən sonra Yevlax şəhər stadionunda baş tutan ilk premyer-liqa matçı meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti və turnir cədvəlinin sonuncu sırasına düşməsi ilə nəticələndi.
İndi bəzi həmkarlarımız baş məşqçi Azər Həşimovun vəzifəsindən ayrıldığı, yerinə Füzuli Məmmədovun təyin olunduğunu, hətta komandanı məşqlərə çıxardığını yazır. İş ondadı ki, Azər bəy özü “Report”a açıqlamasında nəinki istefa vermədiyini, hətta maya qədər işinin başında olub komandanı premyer-liqada saxlamaq niyyətində olduğunu deyib.
İndi gəl bu işdən baş çıxar da, ay Kənan... Yox, “Karvan-Yevlax”ın başı övladının toyuna qarışan vitse-prezidenti Kənan Kərimovu nəzərdə tutmuram. Allah xoşbəxt eləsin! Özümü deyirəm. Axı vəziyyət o qədər qarışıqdı ki, “Karvan-Yevlax”ın baş məşqçisinin Azər Həşimov, yoxsa Füzuli Məmmədov olduğunu dəqiqləşdirmək müşkülə çevrilib.
Zəng et, öyrən də?! Vallah, əziz oxucu, nə Kənan Kərimov zənglərə cavab verir, nə Azər Həşimov, nə də klubun mətbuat xidmətinin rəhbəri Bəhruz Musayev. Füzuli Məmmədovu isə tapmaq müşkülə çevrilib. Özünün harda olduğunu bilməsək də, əlaqə nömrəsinin əhatə dairəsi xaricində olduğundan xəbərdarıq.
Siz Allah, çıxın cavab verin, görək “Karvan-Yevlax”ın baş məşqçisi kimdi?!
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 Noyabr 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see335

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see334

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see317

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see298

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see290

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see288

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see262

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see260

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see250

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see244

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see233

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see230

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see229

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see224

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see224

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see218

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see217

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see213

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see202

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri