Karvaxal diskvalifikasiya edilə bilər
Fanat saytına istinadən Icma.az xəbər verir.
"Real Madrid"in müdafiəçisi Daniel Karvaxal İspaniya Kubokunun finalında hakimi təhqir etdiyi üçün diskvalifikasiya edilə bilər.
Fanat.Az xəbər "Sport.es"ə istinadən xəbər verir ki, o, "Barselona"ya uduzduqları həlledici qarşılaşmada (2:3) iştirak etməsə də, referinin ünvanına nalayiq ifadələr işlədib.
İspaniya Kral Futbol Federasiyasının İntizam qaydalarına əsasən futbolçu meydandan kənarda da ədalət təmsilçilərini təhqir edərsə, bir neçə oyunluq cəzalandırıla bilər.
Xatırladaq ki, daha öncə Karvaxalın Çempionlar Liqasının 1/4 final mərhələsinin Madriddəki cavab qarşılaşmasının (1:2) fasiləsində "Arsenal"ın vingeri Bukayo Saka ilə insident yaşadığı üçün 4 oyunluq diskvalifikasiya oluna biləcəyi açıqlanmışdı.
Nihat
Baxış sayı:116
Bu xəbər 27 Aprel 2025 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















